6 mart 2026-cı il
6 mart 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Nəfəs və Zərb alətləri” kafedrasının müəllimi, Əməkdar artisti Nicat Salmanovun açıq dərsi keçirildi.
Dərs zamanı N.Salmanov tələbəyə fərdi yanaşaraq, melodik xəttin düzgün aparılmasına diqqət edib, dinamik işarələr, texniki çətin hissələr üzərində işlədi.
Təqdim olunan açıq dərsdə Xalq artisti, kafedra müdiri, professor Yusif Axundzadə, kafedranın müəllim və tələbə heyəti, həmçinin metodiki şuranın üzvü, Bakı Musiqi Akademiyasının professoru, Lalə Cəfərova da iştirak etmişlər.

