• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    29 sentyabr 2026-cı il

    29 sentyabr 2026-cı il tarixində Bakı Musiqi Akademiyasında Vyananın Musiqi və İfaçılıq Sənəti Universitetinin Biq-bend dirijoru, tanınmış bəstəkar, aranjımançı, orkestr rəhbəri və trombonçu, Markus Geiselhartın ustad dərsi keçirildi.

    Öncə Xalq artisti, Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova tamaşaçıları salamlayaraq, Markus Geiselhartı auditoriyaya təqdim etdi və Avstriya ilə Azərbaycan arasındakı mədəni əlaqələrin möhkəmləndirildiyini qeyd etdi.

    Üç hissədən ibarət olan ustad dərsi Jazz Bandin dinlənilməsi, bəstəkar-aranjimançılarla təlim və trombon ifaçısı tələbələrlə məşğələdən ibarət oldu.

    Tədbir iştirakçılara peşəkar musiqi mühiti ilə yaxından tanış olmaq, yeni bilik və təcrübə əldə etmək, həmçinin beynəlxalq səviyyəli musiqiçi ilə fikir mübadiləsi aparmaq imkanı yaradıb.

    Markus Geiselhart öz zəngin yaradıcılıq və pedaqoji təcrübəsini bölüşərək gənc musiqiçilərin peşəkar inkişafına  töhfə verdi.

    Beynəlxalq təcrübə, canlı musiqi və peşəkar ünsiyyətin bir araya gəldiyi ustad dərs iştirakçılar üçün yaddaqalan musiqi təcrübəsinə çevrildi.