Əliyeva Aynur Əlixan qızı
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 18.04.1975
Təhsil: 1990-1994 A.Zeynallı adına musiqi texnikumu; “Musiqi nəzəriyyəsi” şöbəsi.
1995-1999 Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Tarix-nəzəriyyə” fakültəsinin “Musiqişünaslıq” şöbəsinin bakalavr pilləsi; fərqlənmə diplomu.
1999-2001 Magistr piiləsi; “Musiqişünaslıq” ixtisası üzrə; fərqlənmə diplomu.
2013-2016 Bakı Musiqi Akademiyasının doktorantı.
Pedaqoji fəaliyyət: 2001-2013-ci illər “Musiqi tarixi” kafedrasında müəllim, 2013-2022-ci illər baş müəllim vəzifəsində çalışmışdır. 2025-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika “ elmi-tədqiqat laboratoriyasında böyük elmi işçi vəzifəsində çalışır.
Elmi fəaliyyəti: “Bəstəkar Xəyyam Mirzəzadənin yaradıcılığında kino musiqisinin rolu” adlı sənətşünaslıq dissertasiyasını (Elmi rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor G.Abdullazadə) 2018-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Müdafiə Şurası”nda müdafiə edib.
Müxtəlif toplularda, yerli və xarici mətbuatda məqalələr çap etdirir;
Respublika və Beynəlxalq konfransların iştirakçısıdır.