• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Kamera Orkestri

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yaranmış “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri 2011-ci ildən fəaliyyətə başlamışdır. Gənclər İdman Nazirliyi, Heydər Əliyev fondu, Gənclər fondu və BMA-nın dəstəyi ilə fəaliyyət göstərən Orkestrin bədii rəhbəri SSrİ və Azərbaycanın Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli,dirijor  əməkdar artist Fuad İbrahimov direktoru  BMA-nın Beynəlxalq Əlaqələr üzrə prorektoru, Xalq artisti,  professor Yeganə Axundovadır. Orkestrin tərkibinə gənc Beynəlxalq Müsabiqə laureatları və istedadlı ifaçılar daxildir.

    “Baku Chamber Orchestra” Azərbaycanın görkəmli musiqi ifaçıları Fərhad Bədəlbəyli, Fidan Qasımova, Xuraman Qasımova, Murad Adıgözəlzadə, Murad Hüseynov, Yeganə Axundova və tanınmış dirijorlar - xalq artisti Azad Əliyev, Yalçın Adıgözəlov, Fuad İbrahimov, Eyyub Quliyev, Ralf Gothoni (Finlandiya) ilə birlikdə konsertlər vermişdir. 2012-ci ildən Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə orkestrın fəaliyyəti daha da genişlənir və dünyanın bir çox ölkələrində- Türkiyə, BƏƏ, İtaliya, Fransa,Yunanıstan,Özbəkistan,Belçika və Azərbaycanın müxtəlif bölgələrində  konsert proqramları ilə çıxışları baş tutmuşdur. “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri H.Əliyev Fondunun təşkilatçılığı ilə “Qafqaz Mədəniyyəti günləri” çərçivəsində Fransanın Bordo şəhərində  “Theatre Femina” səhnəsində, Orkestr H.Əliyev Fondu, Bakı Musiqi Akademiyası və  Mədəniyyət və Turizm nazirliyinin birgə təşkilatçılığı ilə “Silk and Fire” beynəlxalq festivalı çərçivəsində Fransanın Mulhouse şəhərində konsert proqramı ilə çıxış etmişdilər.

    Gənclər Kamera Orkestri bir çox beynəlxalq festivallarda, Dünya ölkələrinin Azərbaycandakı səfirliklərinin, xarici təşkilat və şirkətlərin tədbirlərində   Azərbaycan, Avropa və Rus bəstəkarlarının əsərlərindən ibarət uğurlu konsert proqramı ilə  çıxış etmişlər.

    “Baku Chamber Orchestra” bir çox layihələrdə də uğurlu iştirak etmişdir. 2016-ci ilin sentyabr ayında Avropa İttifaqına Üzv Dövlətlərin Azərbaycanda fəaliyyət göstərən Səfirlikləri ilə birlikdə Aİ ilə Azərbaycan arasındakı Tərəfdaşlığın 25 illiyinə həsr olunmuş flashmob keçirilib. Aİ-nin himni olan Bethovenin Sevinc Odasının Alman və Azərbaycan dillərində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestrinin müşayiəti ilə Akademiyanın tələbə  xoru  ifa etmişdir.

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının  “Baku Chamber Orchestra” Gənclər kamera orkestri Almaniyanın Wolfratshausen, München, Fürstenfeldburck şəhərlərində böyük konsert proqramı ilə səfərdə olmuşdur. Bu səfər “Baku Chamber Orchestra”  və Almaniyanın Neue Philharmonie München orkestrlərinin baş dirijoru olan Fuad   İbrahimovun iki orkestri birləşdirib konsert proqramı ilə çıxış etmə layihəsi üzərində qurulmuşdur. Konsertdə Dukas, Gershüin,  Ravel və Fikrət Əmirovun əsərləri səslənmişdir. 

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Kamera Orkestri uğurlu fəaliyyətinə görə bir sıra mükafatlara layiq görülmüşdür. Azərbaycanda gənclər günü münasibəti ilə Azərbaycan Respublikasının  Gənclər və İdman Nazirliyi tərəfindən Diploma, “Bakılı Cəmiyyəti”  tərəfindən “Humay” milli mükafatına, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən BMA-nın Kamera Orkestrinin kollektivinin 2013-cü ildə mədəni irsin təbliği istiqamətində həyata keçirilmiş layihələrdə fəal iştirakına görə fəxri diploma layiq görmüşlər.