• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    Hacıbəyli adına Beynəlxalq bəstəkarlar müsabiqəsi

    Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti Azərbaycan-Amerika Musiqi Fondu ilə birgə 15 Yanvar, 2021 il tarixində Hacıbəyli adına Beynəlxalq bəstəkarlar müsabiqəsi elan edir. Bu müsabiqənin məqsədi dahi bəstəkarın əsərlərini plagiatdan qorumaq, dünyada Hacıbəyli musiqisini və Azərbaycan mədəniyyətini təbliğ etməkdir.

     Hacıbəylinin əsərlərindən seçilmiş on melodiyanın biri və ya bir neçəsinin əsasında bəstəkarlar orijinal əsər yazmalı və adlıqda mənbəni vurğulamalıdırlar. Müsabiqənin mükafat fondu 3,500 dollardır, həmçinin qaliblərin əsərləri ABŞ-da nəşr olunacaq və Nyu Yorkun məşhur Linkoln mərkəzində ifa olunacaq. Sənədlərinəsərin çap olunmuş elektron variantının və əsərin səs yazısının qəbulu 1 İyul, 2021 tarixinə qədər olacaq.  

      Müsabiqənin bütün şərtləri, həmçinin audio və pdf fayllarının yüklənməsi ücün pəncərələr bizim veb səhifəmizdə yerləşir.

     Bu linklə https://nmgcs.co/

     Home/Competition/About/Application/References səhifələrini aça bilərsiniz. Aşağıdakı flayer də veb səhifəmizə bağlıdır, onu sadəcə basmaqla siz vebsayta ünvanlanacaqsınız.