• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 dekabr 2021-ci il

     22 dekabr 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan SSRİ-nin Xalq artisti, Azərbaycan SSRİ-nin dövlət mükafatçısı, "Şöhrət", "Şərəf", "İstiqlal" ordenli, "Solo oxuma və opera hazırlığı" kafedrasının müdiri, professor Xuraman Əkrəm qızı Qasımova Mətbuat Konfransı keçirtdi.

    Mətbuat Konfransında dünya şöhrətli opera ifaçısı X.Qasımova son iki ildə Azərbaycan tarixində əlamətdar olan məqamlara toxundu, öz ürək sözlərini, xatirələrini təəssüratlarını media nümayəndələri ilə bölüşdü.

    Xalq artisti ilk öncə 30 ildən sonra işğaldan azad olunan torpaqlarımızdan və Azərbaycan xalqı olaraq əldə etdiyimiz qələbədən, Zəfər günündən iftixarla danışdı. O, hətta müharibədə iştirak üçün könüllülər dəstəsinə  Bakı Musiqi Akademiyasının  igid tələbələrinin də yazıldığını bildirdi və ll Qarabağ müharibəsində torpaq uğrunda canından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbr dilədi.  Həmçinin Ali baş komandan, cənab prezident İlham Əliyevin torpaqlarımızın yağı düşməndən azad olunmasında yürütdüyü siyasət nəticəsində, onun rəhbərliyi altında müzəffər ordumuzun xalqımıza yaşatdığı qələbə sevincinə görə ona dərin minnətdar olduğunu və prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik etdi, incəsənətimizə,  musiqi mədəniyyətimizə verdiyi dəyər üçün təşəkkürünü bildirdi.

    Sonra X.Qasımova bu il-2021-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yaradılmasının 100 illiyinin müxtəlif şəhərlərdə və müxtəlif səhnələrdə təntənəli şəkildə qeyd edilməsindən, bir-birindən maraqlı konsertlərin təşkil olunmasından söhbət açdı. O, Akademiyanın 100 illiyi münasibətilə Bakı Musiqi Akademiyasının rektoru  Xalq artisti, dünya şöhrətli pianoçu Fərhad Bədəlbəyli başda olmaqla, bütün kollektivi təbrik etdi, Üzeyir bəyin bünövrəsini qoyduğu bu təhsil ocağının səhnəsində daha neçə yüz illər konsertlərin, tədbirlərin, müsabiqələrin keçirilməsini, istedadlı tələbələrin, məzunların musiqimizi xarici ölkələrdə uğurla təmsil etmələrini arzuladı. Xuraman xanım bu ali musiqi ocağının neçə-neçə istedadlı musiqiçilər yetiştirdiyini, onların dünya səhnəsində tanınmasında böyük rolu olduğunu xatırlatdı.

    Daha sonra Televiziya kanallarının, informasiya agentliklərinin, media nümayəndələrinin iştirak etdiyi mətbuat konfransında X.Qasımova jurnalistlərin ünvanladığı sualları ətraflı şəkildə cavablandırdı və iştirak edən hər kəsə təşəkkürünü bildirdi.