• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    9 dekabr 2019-cu il

    2019-cu il 9 dekabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Qara Qarayev adına 11 illik mərkəzi incəsənət məktəbi, Milli Konservatoriya və BMA-nın tələbələrindən ibarət, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, AMEA-nın həqiqi üzvü, professor, bəstəkar Arif Məlikova həsr olunmuş xatirə gecəsi konserti keçirildi.


    Konsertin proqramında Arif Məlikov – “Məhəbbət əfsanəsi” baletindən “Gözəlliklə vida səhnəsi” (ifa edir: Zakir Allahverdili, müşayiət edir Sevinc Kərimova); Ceyhun Allahverdiyev – A.Məlikova həsr olunmuş Fortepiano sonatası I hissə (ifa edir: prezident təqaüdçüsü Fuad Əlizadə); Arif Məlikov –“İki qəlbin dastanı” baletindən “Komdenin arzuları” (ifa edir: prezident təqaüdçüsü Orxan Hüseynov, müşayiət edir Nərgiz Salmanova); Arif Məlikov – “Məhəbbət əfsanəsi” baletindən “Adajio” (ifa edir: prezident təqaüdçüsü Aytən İbrahimova, müşayiət edir Sevinc Kərimova); Arif Məlikov –“Məhəbbət əfsanəsi” baletindən “Türk qızlarının rəqsi” (ifa edir: prezident təqaüdçüsü Məhta Məhəmmədəlizadə, müşayiət edir Arzu Teymurova); Arif Məlikov – “Skerso” (ifa edir: prezident təqaüdçüsü Vüsalə Babayeva və Nərgiz Əliyeva); Arif Məlikov – “Fraqment” (ifa edir: İsmayıl Zülfüqarov, müşayiət edir Nərmin Rzayeva); Arif Məlikov – “Məhəbbət əfsanəsi” baletindən “Monoloq” (ifa edir: Ülvi Tahirov, müşayiət edir Arzu Səfərova); Arif Məlikov – “Məhəbbət əfsanəsi” baletindən “Noktyurn” (ifa edir: Murad Allahverdili, müşayiət edir Sevinc Kərimova); Arif Məlikov – “İki qəlbin dastanı” baletindən “Komde sevir” (ifa edirlər: Aylin Mudeden, Nuray Bayramova); Arif Məlikov – “Məhəbbət əfsanəsi baletindən “Saray qızlarının rəqsi” (ifa edir: Mehriban Quliyeva, müşayiət edir Sevinc Kərimova); Arif Məlikov – “Prelüd” (ifa edir: Vüsalə Babayeva); Vasif Allahverdiyev – A.Məlikova həsr edilmiş Fortepiano üçün silsilə əsər ( ifa edir: Nərmin Rzayeva).
    Xatirə gecəsində həmçinin BMA-nın Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva, Əməkdar incəsənət xadimi, professor Ceyhun Allahverdiyev və Əməkdar incəsənət xadimi, professor Vasif Allahverdiyev bəstəkar Arif Məlikovla bağlı düşüncələrini, xatirələrini bölüşdülər.
    Konsert tamaşaçıların gurultulu alqışları ilə sona çatdı.