• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10 dekabr 2021-ci il

     10 dekabr 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yaranmasının 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin  təşəbbüsü və təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində konsert keçirilmişdir.

    Öncə tədbirdə  Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev , idarənin baş məsləhətçisi Abşeron rayonu üzrə nümayəndə İlham Manafov, Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva çıxış etmişlər.

    Nərminə Quliyeva öz çıxışında belə təqdirəlayiq tədbirin keçirilməsinə görə təşkilatçılara öz təşəkkürünü bildirdi və Bakı Musiqi Akademiyası ilə Xırdalan şəhər 11 illik musiqi məktəbi arasında yaranan sıx əməkdaşlıq əlaqələrinin əhəmiyyətini vurğuladı.

    Çıxışların ardınca Akademiyanın  fəaliyyətindən bəhs edən video çarx nümayiş etdirilib.

    Daha sonra BMA-nın tələbələrinin  və Xırdalan şəhər 11 illik musiqi məktəbinin şagirdi konsert proqramı ilə çıxış etdilər.

    Abşeron rayon İcra Hakimiyyəti, Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən Bakı Musiqi Akademiyasina "Fəxri Fərman" və xatirə hədiyyələri təqdim olundu.