• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    11 mart 2022-ci il

    11 mart 2022-ci il  tarixində britaniyalı memar Zaha Hadidin imzası olan dünyaca məşhur Heydər Əliyev Mərkəzində Böyük Britaniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş möhtəşəm bayram gecəsi keçirildi.

    Bayram gecəsində siyasi, ticarət, idman, mədəniyyət, təhsil, memarlıq, humanitar və ekoloji sahələr daxil olmaqla, son 30 ildə ölkələrin strateji əlaqələrinin gücünü və dərinliyini göstərən sərgi və qısa video nümayiş etdirildi.

    Böyük Britaniya və Azərbaycan xalqları arasında dostluq rəmzi olaraq “Azərxalça” şirkətinin istehsal etdiyi, Britaniya və Azərbaycan naxışlarını özündə birləşdirən xüsusi xalça təqdim olundu.

    Qonaqlar, həmçinin müxtəlif layihələr vasitəsilə Britaniya Şurası ilə əməkdaşlıq edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Lumineux” vokal-xor ansamblı və simli kvarteti və “Dance Ability Azerbaijan” inklüziv rəqs tamaşaları qrupunun rəqqaslarının rəqs çıxışlarından böyük zövq aldılar.