• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10  may 2022-ci il

    10 may 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yerləşən Opera studiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş ədəbi-bədii gecə keçirildi.

    Öncə Azərbaycanın himni səsləndirildi, sonra vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

    Sonra tədbirdə ATGTİ-nin baş katibi Orduxan Qəhrəmanzadə ön sözlə çıxış edib, Ulu öndər Heydər Əliyev haqqında video-çarxı tamaşaçılara təqdim etdi.

    Ardınca bədii hissəyə yer verildi.

    Bədii hissədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Cəmalə Abdinzadə, Leyla Quliyeva, Kamilla İmanova, İlahə Məmmədova, Respublikanın Əməkdar artisti Naala Barateliyanın bədii rəhbəri olduğu "Sədəf" xoru, Amaliya Ağayeva, Emin Məmmədov və Xalq Artisti Yusif Qasımovun bədii rəhbərbərliyi ilə Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin ifasında rəqs nömrəsi dinləyicilərə təqdim olundu.

    Konsertdə A.Skryabin, N.Əliverdibəyov, V.Azaraşvili, M.Maqomayev, Ü.Hacıbəylinin əsərləri səsləndirildi.

    Təntənəli konsert hər kəs tərəfindən böyük maraqla qarşılanaraq, gurultulu alqışlarla sona çatdı.