• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 mart 2017-ci il

    Ü.Hacıbəyli adına BMA-da Polşanın Adam Mitskeviç İnstitutu tərəfindən 2011-ci ildən reallaşdırılan İ CULTURE ORCHESTRA proyekti çərçivəsində 28-29 noyabr 2016-cı il tarixində keçirilən dinləmələrin II turu və ustadlıq dərsləri keçirilmişdir.

    Bu dərsləri professor Pol Kortez - Filadelfiya simfonik orkestrinin və Barselonanın Liseo opera teatrın simfonik orkestrinin birinci violini, və professor  Robin O’Neill-İngiltərə Filarmoniyasının kamera orkestrinin və  Avropa kamera orkestrinin baş faqot ifaçısı aparmışlar. Qeyd etmək lazımdır ki, İ CULTURE ORCHESTRA layihəsi Azərbaycan, Gürcüstan, Belorusiya, Moldova və Ukrayna ölkələrini əhatə edir və əsasən orkestr ifaçılarının ifa səviyyəsinin təkmilləşməsi istiqamətində iş aparır. Ustadlıq dərslərində ən istedadlı tələbələr seçilərək beynəlxalq orkestrin tərkibində müxtəlif ölkələrdə qastrol konsertləri ilə çıxış edirlər. 40-a yaxın nəfəs və simli alətlər şöbəsinin tələbələri böyük maraqla bu mühüm beynəlxalq layihədə iştirak etmişlər.