• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Əliyeva Aynur Əlixan qızı

    Sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 18.04.1975

    Təhsil: 1990-1994 A.Zeynallı adına musiqi texnikumu; “Musiqi nəzəriyyəsi” şöbəsi.

    1995-1999 Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Tarix-nəzəriyyə” fakültəsinin “Musiqişünaslıq” şöbəsinin bakalavr pilləsi; fərqlənmə diplomu.

    1999-2001 Magistr piiləsi; “Musiqişünaslıq” ixtisası üzrə; fərqlənmə diplomu.  

    2013-2016 Bakı Musiqi Akademiyasının doktorantı.

    Pedaqoji fəaliyyət: 2001-2013-ci illər “Musiqi tarixi” kafedrasında müəllim, 2013-2022-ci illər baş müəllim vəzifəsində çalışmışdır. 2025-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika “  elmi-tədqiqat laboratoriyasında böyük elmi işçi vəzifəsində çalışır.

    Elmi fəaliyyəti: “Bəstəkar Xəyyam Mirzəzadənin yaradıcılığında kino musiqisinin rolu” adlı sənətşünaslıq dissertasiyasını (Elmi rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor  G.Abdullazadə) 2018-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Müdafiə Şurası”nda müdafiə edib.

    Müxtəlif  toplularda, yerli və xarici mətbuatda  məqalələr çap etdirir;

     Respublika və Beynəlxalq konfransların iştirakçısıdır.

    Laboratoriyasının elmi işçiləri