• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

 

“COVİD-19 pandemiyası zamanı virtual sosiallaşmanın əhəmiyyəti (mədəniyyətimizin təbliği, təqdimatı və qorunması)” mövzusunda videokonfrans

 

 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin “Beyin Qazanma Proqramı” çərçivəsində 11 iyul 2020-ci il tarixində saat 20:00-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası üçün keçiriləcək  “COVİD-19 pandemiyası zamanı virtual sosiallaşmanın əhəmiyyəti (mədəniyyətimizin təbliği, təqdimatı və qorunması)” mövzusunda videokonfransın

 

GÜNDƏLİYİ

 

Vaxt müddəti

Məruzəçi

20:00 – 20:05

Bakı Musiqi Akademiyasının "Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə" prorektoru və «İxtisas fortepiano» kafedrasının professoru, Xalq Artisti, Yeganə Axundovanın

giriş sözü

20:05 – 20:10

Moderator: Mina Həciyeva, fəlsəfə elmləri üzrə doktoru, sənətşünaslıq doktoru, MDB ölkələrin Parlament arası Assambleyası tərəfindən “Mədəniyyət və incəsənət sahəsində uğurlara görə” nişanı ilə təltif olunmuş Bakı Musiqi Akademiyasının professoru

20:10-20:15

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və protokol şöbəsinin böyük məsləhətçisi Lalə İsqəndərovanın “Beyin Qazanma Proqramı” haqqında məlumatın verilməsi

20:15 – 21:00

Omanın Sultan Qabus Universitetində piano müəlliməsi və sənətşünaslıq üzrə fəlsəfə doktoru Dr. Vüsalə Yusifin “COVİD-19 pandemiyası zamanı virtual sosiallaşmanın əhəmiyyəti (mədəniyyətimizin təbliği, təqdimatı və qorunması)” mövzusunda mühazirəsi

21:00 – 21:20

Sual - Cavab

21:20 – 21:25

Bakı Musiqi Akademiyasının professoru Mina Hacıyevanın

yekün sözü

 

 

Ümumi: 85 dəqiqə