• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

Xatirə

Qəbir daşı

Qəbir daşı

Ü.Hacıbəylinin qəbirüstü abidəsi

Tunc, qranit. 1956.

Heykəltəraş -  Ö.Eldarov. 

Heykəli

Heykəli

Bakı Musiqi Akademiyasının qabağında Ü.Hacıbəylinin heykəli

1960.  Müəllif –  T.Məmmədov.

Xatirə lövhəsi

Xatirə lövhəsi

Hüsü Hacıyev küçəsindəki binada

Heykəli

Heykəli

Ü.Hacıbəylinin heykəli

Müəllif - Zivər Məmmədova

Büst

Büst

Gips büstü

Müəllif - F.Əbdürrəhman

Büst

Büst

Ü.Hacıbəylinin büstü.

Müəllif - Ə.Salikov

Büst

Büst

Ü.Hacıbəyli. Bürünc büstü.

Müəllif - F.Əbdürrəhman

Üzeyir Hacıbəyov küçəsi

Üzeyir Hacıbəyov küçəsi

Bakı şəhər zəhmətkeş Deputatlar Sovetinin icra komitəsinin №82 4 mart 1949-cu il tarixli qərarı: Azadlıq küçəsinin adı dəyişdirilərək,

Üzeyir Hacıbəyov küçəsi adlandırılsın.

Gəmi

Gəmi

Dahi Azərbaycan bəstəkarı, peşəkar musiqisizin banisi

Üzeyir Hacıbəyovun adını daşıyan quru yük gəmisi

1977-ci ildə Rusiyanın Rıbinsk şəhərindəki Volodarski adına gəmiqayırma zavodunda inşa edilib.

«Çay-dəniz» tipli teploxodun yükqaldırma qabiliyyəti 3000 tondur.