• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 dekabr 2022-ci il

    21 dekabr 2022-ci il tarixində Opera studiyasında görkəmli bəstəkar Rauf Hacıyevin 100 illiyinə həsr olunmuş konsert keçirildi.

    Qeyd edək ki, tədbirin bədii rəhbəri Əməkdar müəllim, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Gülnarə Acalova, solisti isə Əməkdar artist Nərgiz Kərimovadır.

    Yubiley gecəsində Respublika və Beynəlxalq müsabiqələr laureatları Cəmalə Abdinzadə, Atəş Qara, Zəhra Cahan Şıxəliyeva, Nərminə İsmayılova, Əzizə Ağazadə, Mahir Tağızadə, Fəridə Abbaszadə, Fərəh Musayeva, Nigar İbadullayeva, Kamran Talıblı, Osman Mustafazadə, Lalə Zeynallı, Cavidan Rəsulov, Məhəbbət Ocaqverdiyeva, İlqar Əliyev, Mirzə Səfərov, Səbinə Hüseynova, Rüstəm Zeynalov, Emil Bağırov, Məmməd Rəcəbli, Məhəmmədəli Paşazadə, Anar Məmmədov, Ceyhun Əliyev, Ramiz Sevdiməliyev və "Clarte" klarnet kvarteti parlaq ifaları ilə dinləyicilərdə xoş ovqat yaratdılar.

    Təntənəli konsert proqramında Rauf Hacıyevin bir-birindən maraqlı əsərləri dinləyicilərə təqdim olundu.

    Rəngarəng musiqi parçalarının səsləndirildiyi yubiley tədbiri tamaşaçıların böyük marağına səbəb olaraq, gurultulu alqış sədaları altında başa çatdı.