• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    3 fevral  2023-cü il

    3 fevral 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Azərbaycan Gəncləri Gününü bayram konserti ilə qeyd etdi.

    Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə 1997-ci ildə yeni bayram - Azərbaycan Gəncləri Günü təsis edilib və hər il fevralın 2-də qeyd olunur. Ənənəvi olaraq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası bu bayram günü münasibətilə konsert tədbirləri təşkil edir. Bu il çoxlu musiqisevərləri bir araya gətirən BMA-nın konserti Bakıdakı Rus Evində keçirildi.

    Sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakinanın hazırladığı konsert proqramına Azərbaycan, rus və xarici bəstəkarlarının həm klassik, həm də estrada, caz əsərləri daxil edilmişdir. Tədbir zamanı Alyona İnyakina bayramın tarixindən, müasir Azərbaycan gəncliyinin məqsəd və vəzifələrindən, hazırda BMA-da təhsil alan gənc istedadlarından danışdı. “Azərbaycan gəncliyi çox istedadlıdır. İstedadlı gənclərə dəstək məqsədilə, məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdü təsis edilmişdir. Akademiyamızın prezident təqaüdlərinin sayına görə ölkə universitetləri arasında liderlər sırasında olduğunundan çox məmnunuq” - Alyona İnyakina bildirdi.

    Konsertdə BMA-nın konsertmeysteri Ülviyyə Əliyeva, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solisti Renata Abubəkirova, BMA-nın tələbə və məzunları, BMA-nın məktəb-studiyasının, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri iştirak etdilər.

    Qeyd edək ki, bayram konsertinə gələn qonaqlar arasında diplomatik korpusun nümayəndələri də yer almışdır.