• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 oktyabr 2023-cü il

    17 oktyabr 2023-cü il tarixində  Beynəlxalq Muğam Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “İrəli” ictimai birliyinin təşkilatçılığı ilə həyata keçirilən “MədəniyyətimİZ” layihəsi çərçivəsində növbəti görüş keçirildi. Tədbirin qonaqları SSRi və Azərbaycan Respublikasının Xalq artistləri, “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenli, görkəmli opera ifaçıları Fidan Qasımova və Xuraman Qasımova idilər.

    Bu dəfə keçirilən görüş zəngin musiqi, incəsənət və mədəni irsi bir araya gətirdi. Gecədə Ümummilli lider Heydər Əliyevin  Xalq artistləri Fidan Qasımova və Xuraman Qasımovanın xatirə şəkillərindən, görkəmli opera ifaçılarının ifalarından ibarət video-çarx tamaşaçılara təqdim olundu. Tədbir boyu Əməkdar artistlər Nigar Məlikova və Rəna Ağayevanın pianoda müşayiət ilə Xalq artisti Samir Cəfərov, Əməkdar artist Fəridə Məmmədova, Əməkdar artist Aqşin Abdullayev və Fatimə Cəfərzadənin füsunkar musiqi nömrələri səsləndirildi. 

    “MədəniyyətimİZ” layihəsi çərçivəsində baş tutan görüşdə ölkə gənclərinin yaradıcılıq fəaliyyətlərinin stimullaşdırılması məqsədilə həyata keçirilən müxtəlif dövlət proqramları və layihələr, peşəkar musiqi mədəniyyətimizin təbliği, müasir tendensiyalarla milli musiqi ifaçılığının sintezi məsələləri geniş müzakirə olundu.  

    Dünya şöhrətli opera ifaçıları ilə canlı ünsiyyətdə olmaq arzusunda olan geniş auditoriya kütləsi musiqili gecədən böyük zövq alaraq, tədbiri xatirə şəkilləri ilə əbədiləşdirdilər.

    https://xalqqazeti.az/az/medeniyyet/144537-beynelxalq-mugam-merkezinde-xalq-artistleri