• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 aprel 2025-ci il 

    15  aprel 2025-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində “Nağıl danış mənimçün” adlı musiqi-poeziya axşamı keçirildi.

    Tədbirin ideya müəlliflərindən biri, pianoçu və bəstəkar, Bakı Musiqi Akademiyasının baş müəllimi Zərif Kərimova axşamın musiqi proqramını təqdim etdi.

    Tədbir aktyor və qiraətçi Hüseynağa Aslanov ilə birgə təşkil olunmuşdu. Müasir Azərbaycan şairlərinin poeziyası Zərif Kərimovanın ifasında səslənən musiqi ilə vəhdət təşkil edirdi. Axşamda klassikadan tutmuş caz və kino musiqisinə qədər müxtəlif üslubda əsərlər təqdim olundu. İlk dəfə olaraq Bakıda Rendi Nyuman, Fazıl Atakoğlu, Toyqar Işıklı, Harold Arlen, Co Hisaishi və Konstantin Meladze kimi tanınmış bəstəkarların əsərləri səsləndirildi.

    Musiqiçi qonaqlar — Nərgiz Əliyeva (fleyta), Nurlana Abdullayeva (vokal), İsmayıl Zülfüqarov (tar) və Cəfər Həsənov (nağara) öz çıxışları ilə proqramı daha da zənginləşdirdilər.

    Axşamı Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi açdı. Tədbirin sonunda Hüseynağa Aslanovun sözlərinə və Zərif Kərimovanın musiqisinə bəstələnmiş “Xatirə” adlı mahnı təqdim olundu.

    Poeziya və musiqinin vəhdət təşkil etdiyi konsert gecəsi tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.