• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 aprel 2025-ci il 

    26 aprel M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında 2024-2025-ci il üçün nəzərdə tutulan abonement konsertlər silsiləsinin son konserti baş tutdu.

    "Kamera Musiqisi Axşamı" adlı bu konsert Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Dinara Əhmədovanın tələbələrinə həvalə olunmuşdu.Qeyd etməliyik ki, konsertdə Ü.Hacıbəyli adına BMA-nın dosenti Kübra Erişen (violin) də ifası ilə tədbiri daha da canlandırdı.Sevindirici haldır ki, məhz Ü.Hacıbəyli adına BMA-nın tələbəri olduqca gözəl və parlaq konsert proqramı ilə abonement tədbirlər silsiləsini yekunlaşdırdı. İstedadlı tələbələrin çıxışları heç bir dinləyicini biganə qoymadı. Konsert hərarətli, gur alqışlarla başa çatdı.Proqramda J.Eccles, W.A.Motzart, F.Schubert, A.Dvorak`ın əsərləri səsləndi.