• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 aprel 2025-ci il 

    Aprelin 26-da Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı daimi nümayəndəliyində görkəmli bəstəkar Sofiya Qubaydulinanın xatirəsinə həsr olunmuş "İki dünyanın qızı" konserti keçirilib. 
    Tədbir Azərbaycanın tatar icması və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən birgə təşkil olunub.
    Kuratorlar sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alena İnyakina və Sülh Səfiri, sülh mədəniyyəti İnstitutunun (UNESCO) "Avropa-Asiya" humanitar və kommersiya layihələri departamentinin direktoru, Azərbaycan Mədəniyyət Assosiasiyasının üzvü Renat İlyazovdur. 
    Açılışda Azərbaycanın tatar icmasının sədri, texnika elmləri doktoru, professor, Azərbaycan əmək veteranı Elmira İlyazova və Renat İlyazov tamaşaçıları salamlayıb.
    Tədbirin aparıcısı Alyona İnyakina dinləyicilərə inanılmaz dərəcədə titullu və dünyaca məşhur müəllif, adı müasir akademik musiqi sənətinin simvolu olan nadir ləyaqətli və eyni dərəcədə nadir təvazökarlıq sahibi olan S.Qubaydulinanın yaradıcılıq yolu haqqında danışdı. İzləyicilər sənədli salnamənin görüntülərini və bəstəkarın musiqi, yaradıcılıq, sənət və insan haqqında düşüncələrini bölüşdüyü müsahibənin parçalarını da izlədilər.
    Konsert proqramında S.Qubaydulinanın beynəlxalq müsabiqələr laureatları - sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın müəllimi Nərgiz Kəngərli və BMA-nın tələbəsi Nərmin Günəşovanın ifasında fortepiano miniatürləri səsləndirilib, Renat İlyazov və şair, tərcüməçi, Rus xalq poeziyası Akademiyasının üzvü Zaur Cəfərov tərəfindən təqdim olunan klassik şairlərin şeirləri səsləndirilib,balerina və xoreoqraf Natella Kadımovanın ifasında S.Qubaydulina tərəfindən bəstələnən  musiqiyə rəqs nümayiş etdirilib. Konsert zamanı tamaşaçılar tədbirə xüsusi hazırlanmış bir sürpriz gözləyirdilər. Bu, bəstəkarın beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Musiqi Teatrının solisti Yuliya Heydərova və Alyona İnyakinanın ifasında səsləndirdiyi üç vokal miniatürünün Bakı premyerasıdır.