• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 iyun 2025-ci il 

    Azərbaycan Milli İncəsənət Muzeyinin İtalyan zalında dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində növbəti təntənəli konsert baş tutdu.

    20 iyun 2025-ci il tarixində sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərgiz Salmanlının “Musiqi naxışları” adlı sinif konserti keçirildi.

    Təntənəli konsert tədbirində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas Fortepiano” kafedrasının istedadlı tələbələri - 

    Rasimə Abdullayeva, Məryəm Məmmədova, Maya İsmayıllı, Gülnar Qədirova, Kubra Həşimli, Gülnar İrşadi, Fidan Muxtarova əsrarəngiz ifaları ilə dinləyicilərə əsl musiqi ziyafəti təqdim etdilər.

    Rəngarəng konsert proqramında aşağıdakı əsərlər səsləndirildi:

    F.Şopen "Skertso" op.20 Nº1  

    İ.Brams "İntermezzo" op 117 Nº2

    P.Çaykovski "Düşüncə" op.72 no 5

    K.Debüssi  "Sevinc adası", "Uşaq guşəsi" fortepiano süitası

    S.Prokofyev "Merkusio" ("Romeo və Culyetta" f-no üçün süitasından)

    Q.Qarayev "Don Kixot" simfonik qravürləri (işləmə F.Qarayev), "Yeddi gözəl" baletindən "Vals" (işləmə - Z.Vitkind).

    Yüksək peşəkarlıqla təşkil olunmuş konsert tədbiri tamaşaçıların zövqünü oxşayaraq, böyük hərarətlə qarşılandı.