• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 iyun 2025-ci il 

    IV Bakı Piano Festivalı çərçivəsində klassik musiqi konserti və rəsm sərgisi keçirildi.

    23 iyun 2025-ci il tarixində IV Bakı Beynəlxalq Piano Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində pianoçu Xalq artisti Yeganə Axundova (Azərbaycan), Rüya Taner (Şimali Kipr) iştirakı ilə klassik musiqi konserti keçirildi. İfaçıları dirijor Valid Ağayevin (Türkiyə) rəhbərliyi ilə Bakı Kamera Orkestri (bədii rəhbər SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli, baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov, kollektivin rəhbəri Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova) müşayiət etdi. 

    Qeyd edək ki, Bakı Kamera Orkestri ilk dəfə olaraq Bakı Dövlət Orkestri kimi səhnədə yer aldı.

    Tədbirdə Azərbaycan respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəyli  Bakı Kamera Orkestrini hər kəsə Bakı Dövlət Orkestri kimi təqdim edib, yeni status münasibətilə orkestri təbrik etdi və ifaçılara uğurlar arzu etdi.

    Xalq artisti Yeganə Axundova fortepiano və kamera orkestri üçün A.Sfasmanın Caz suitasını ifa edərək, əsrarəngiz ifası ilə dinəyiciləri musiqinin sehrli aləminə qərq etdi.

    Konsertdən əvvəl mərkəzin foyesində “Arts Council of Azerbaijan” təşkilatının təşəbbüsü ilə gənc rəssamların əsərlərindən ibarət sərgi təqdim olundu.

    Konserti izləyənlər sırasında millət vəkilləri,  Türkiyə Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Şimali Kipr Türk Respublikasının ölkəmizdəki  nümayəndəsi Ufuk Turqaner, tanınmış incəsənət və mədəniyyət xadimləri yer almışlar.

     

    #beynelxalqmuğammərkəzi #icm #musiqifestivalı #PianoFestivalı