• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 iyun 2025-ci il 

    2025-ci ilin 25 iyun tarixində Azərbaycan Milli İncəsənət Muzeyində xüsusi bir konsert proqramı – “Ustada İthaf” baş tutdu. Bu mənalı tədbir musiqi ictimaiyyəti üçün sadəcə mövsüm sonunun deyil, sənətkar yaddaşının və pedaqoji mirasın bir daha səhnədə dirçəldiyi anların təntənəsi idi.
    Konsert, Azərbaycanın Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Prezident mükafatçısı, ölkənin ilk və yeganə kontratenor səs tembrinə malik vokal ifaçısı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Solo oxuma və opera hazırlığı kafedrasının baş müəllimi İlham İslam oğlu Nəzərovun təşəbbüsü ilə həyata keçirilib. Gecə sənətkarın Ü.Hacıbəyli adına BMA-da kamera sinfindən müəllimi, mərhum Gülara İmanovanın əziz xatirəsinə ithaf olunmuşdu.
    İlham Nəzərovun təşəbbüsü ilə təşkil edilən bu konsertdə onun şagird və tələbələri səhnəyə çıxaraq, musiqi vasitəsilə müəllimlərinə olan sevgi və ehtiramlarını ifadə etdilər. Proqram müxtəlif dövrlərin və üslubların bəstəkarlarına məxsus əsərləri bir araya gətirməklə geniş musiqi palitrası yaratdı. Hər ifa – təkcə texniki ustalıqla deyil, mənəvi yüklə də zəngin idi.
    Konsertdə çıxış edənlər sırasında Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin 10-cu sinif şagirdi Cavidan Babazadə, Bakı Musiqi Akademiyasının tələbələri Pərvanə Soltanova (II kurs), Nuray İsmayılova (III kurs), İsmayıl Əsədli (III kurs) və Kənan Rəhmanzadə (IV kurs) yer almışdı.
    Fortepianoda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Konsertmeyster ustalığı kafedrasının baş müəllimi Yuliya Kərimova ifa edirdi.
    Konsert tamaşaçıların coşqulu alqışları ilə başa çatdı. Səhnədə səslənən musiqi – bir məktəbin, bir ustadın, bir nəslin yaddaşına çevrilən sədaqət idi. İlham Nəzərovun bu təşəbbüsü pedaqoji ənənənin yaşadılmasına, ustad-şagird bağının musiqi vasitəsilə gələcəyə daşınmasına nümunə oldu.