• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 iyun 2025-ci il 

    26 iyun 2025-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində “İstedadlı gənclərlə gələcəyimizə” adlı konsert proqramı keçirildi.

    Dünyaşöhrətli bəstəkar, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə baş tutan konsertdə Bakı Musiqi Akademiyasının tələbələri - Leyla Salamova, Qəmər Mehdiyeva, Ayşə Məmmıdova, Ağabəşir Bayramzadə, Şəkərxanım Cavadzadə, Maya İsmayıllı, Özcan Cabbari, Xəyal Əsədli, Hidayət Sadıqbəyli uğurla çıxış etdilər. Gənc musiqiçilər Azərbaycan və dünya klassik musiqisinin seçilmiş nümunələrindən ibarət yaddaqalan ifalarla dinləyicilərin zövqünü oxşadılar.

    Böyük maraqla qarşılanan gənc istedadların çıxışları tamaşaçılar tərəfindən davamlı alqışlarla müşayiət olundu.

    #nationalartmuseum #art #muzeydemusiqi #music #culture #musiqi #ÜzeyirHacibeyli140 #BakıMusiqiAkademiyi