19 dekabr 2025-ci il
Bakı Musiqi Akademiyasında “Piano musiqisi axşamı” keçirildi
19 dekabr 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında “Piano musiqisi axşamı” adlı konsert proqramı baş tutdu.
Öncə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva ön sözlə çıxış edərək, çıxış edəcək bütün ifaçılara uğurlar arzu etdi.
Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Qarabağ Universitetinin İncəsənət fakültəsinin birgə təşkilatçılığı ilə keçirildi.
Konsert proqramında müəllimlər Afaq Qarayeva, Aynur Abdullayeva, Ceyhun Əzizov, Fəqan Həsənli, Həşim Həşimov, Zakir Əsədov və Murad Abasovun sinfində təhsil alan tələbələr çıxış etdilər. Səhnədə Aytac Dadaşova, Ağaşah Ağazadə və Etiram Ağazadə piano ifaları ilə dinləyicilər qarşısında yüksək peşəkarlıq nümayiş etdirdilər.
İfa olunan əsərlər klassik fortepiano musiqisinin müxtəlif dövrlərini əhatə etməklə yanaşı, musiqiçilərin ifaçılıq bacarıqlarını və musiqi təfəkkürünü əyani şəkildə təqdim etmişdir. Konsert dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılandı.




