• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 dekabr  2025-ci il 

    20 dekabr 2025-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində Azərbaycan SSRİ-nin Əməkdar İncəsənət xadimi, professor Fəridə Simuzər Quliyevanın 100 illik yubileyinə həsr olunan konsert proqramı keçirildi.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "İxtisas fortepiano" kafedrasının professor və dosentlərin iştirakı ilə keçirilən konsertdə Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndirildi.

    Konsert proqramında Kəmalə Mirbabayeva, Arzu Məmmədova, Elnarə Kəbirlinskaya, Züleyxa Abdulla, Xədicə Rzayeva, Sevda Məmmədli, Zərif Kərimova, Nərgiz Kəngərli, Tofiyə Cavadova, Lalə Atakişiyeva əsrarəngiz ifaları ilə dinləyicilərin zövqünü oxşadılar.

    Təntənəli konsert proqramı tamaşaçıların marağına səbəb olub, böyük coşqu ilə qarşılandı.