• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14 mart 2026-cı il 

    Musiqinin sehri bir arada!

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının beynəlxalq müsabiqə laureatı olan “Detache-Sabah” violinoçular ansamblının möhtəşəm konserti baş tutdu.

    Konsertin bədii rəhbəri, Xalq artisti, professor Zəhra Quliyeva və müşayiət edən Səbinə Muradova dinləyicilərə yüksək səviyyəli ifalar təqdim etdilər.

    Tədbir Azərbaycan Milli İncəsənət Muzeyi-də keçirilərək klassik musiqisevərlərə unudulmaz anlar yaşatdı.

    Gənc istedadların peşəkar səhnədə nümayiş etdirdiyi ifalar bir daha sübut etdi ki, milli musiqi məktəbimizin gələcəyi etibarlı əllərdədir.