• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14 aprel  2026-cı il 

     “Bir səhnə, iki nəsil” – unudulmaz musiqi axşamı

    14 aprel 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında “İxtisas fortepiano” kafedrasının müəllim və tələbələrinin iştirakı ilə keçirilən “Bir səhnə, iki nəsil” adlı fortepiano ansambl konserti yüksək sənətkarlıq nümunəsi ilə yadda qaldı.

    Qeyd edək ki, layihənin ideya müəllifi dosent Sevda Məmmədlidir.

    Tədbirin açılışı dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru  Mina Babayeva tərəfindən edildi. Onun zərif və dərin məzmunlu nitqi dinləyiciləri musiqinin sehrli aləminə apararaq, axşamın bədii ovqatını elə ilk anlardan müəyyənləşdirdi. Söz və musiqinin harmoniyası bu təqdimatda xüsusi bir incəliklə hiss olunurdu.

    Konsertdə müxtəlif dövrləri və üslubları əhatə edən zəngin proqram təqdim olundu. Dinləyicilər İohan Sebastyan BaxAlfred ŞnitkeSergey RaxmaninovDmitri ŞostakoviçDeyv BrubekArif MəlikovFikrət Əmirov və Ceyhun Allahverdiyevin  əsərlərini dinləmək imkanı əldə etdilər.

    Tədbirin əsas ideyası nəsillərarası sənət dialoqunu nümayiş etdirmək idi. Təcrübəli müəllimlərin peşəkarlığı ilə gənc ifaçıların enerjisi eyni səhnədə harmonik vəhdət təşkil edərək, musiqinin davamlılığını və ənənələrin ötürülməsini parlaq şəkildə əks etdirdi.

    İfaçılar  çıxışlarında yüksək texniki ustalıq, zərif interpretasiya və səhnə mədəniyyəti nümayiş etdirərək, tamaşaçıların böyük rəğbətini qazandılar.

    Bu konsert bir daha sübut etdi ki, musiqi – nəsilləri birləşdirən ən güclü körpüdür.