• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14 may 2025-ci il 

    Avropa Azərbaycan Məktəbinin şagirdləri BMA-da ekskursiyada oldular
    14 may 2025-ci il tarixində Avropa Azərbaycan Məktəbinin 4-cü sinif şagirdləri Bakı Musiqi Akademiyasında oldular. Ekskursiya Xalq artisti, BMA-nın Beynəlxalq Əlaqələr, Sosial Məsələlər və İctimaiyyətlə Əlaqələr üzrə prorektoru, professor Yeganə Axundovanın təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirildi. Ekskursiyanı BMA-nın “İxtisas fortepiano” kafedrasının baş müəllimi Zərif Kərimova aparmışdır.
    Şagirdlər hal-hazırda PYP Exhibition layihəsinə hazırlaşırlar və layihələrinin mövzusu – musiqidir. Bu səbəbdən onların maraq dairəsinə musiqi ilə bağlı hər şey daxil idi: Bakı Musiqi Akademiyasında hansı alətlər tədris olunur, bu alətlərdə necə ifa etmək olar, onların quruluşu necədir, musiqi təhsili neçə il davam edir və s.
    Ekskursiya zamanı uşaqlar fortepiano, skripka, orqan, klarnet, bəstəkarlıq siniflərində, həmçinin trionun məşqində iştirak etdilər. Onlara  “İfaçılıq” fakültəsinin dekanı, Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə, Əməkdar müəllim, Fortepiano fakültəsinin dekanı, professor Nəzakət Rimazi, professor Elnarə Kəbirlinskaya, dosent Arzu Məmmədova, dosent Jalə Cəfərova və digər müəllimlər tərəfindən ixtisaslarının xüsusiyyətləri, musiqi alətləri və musiqiçi peşəsi haqqında ətraflı məlumat verildi.
    Şagirdlər böyük maraq göstərərək müxtəlif maraqlı suallar verib, müəllimlərlə fəal dialoqda oldular. Ekskursiya həm informativ, həm də əyləncəli keçərək, uşaqlar üçün yaddaqalan təcrübəyə çevrildi.