13 sentyabr 2025-ci il
Tələbələrimiz ETİHİ Respublika Komitəsi tərəfindən təşkil olunan yay düşərgəsində iştirak etmişlər.
8-13 sentyabr 2025-ci il tarixlərində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən tələbə - gənclər üçün Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən Təhsil İstirahət Mərkəzində “Yay düşərgəsi” keçirilmişdir. Düşərgədə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 15 tələbəsi iştirak etmişlər. Bu altı gün tələbələr üçün maraqlı və əyləncəli keçmiş, iştirakçılar idman yarışları, intellektual oyunlara, musiqili şou proqramlara qatılmış, Vətən Müharibəsi qəhrəmanı Zaur Hüseynovla və Xalq yazıçısı, Xarici Dillər Universitetinin rektoru, professor Kamal Abdulla ilə görüşlər təşkil olunmuşdur.
Yay düşərgəsinin son günü tələbələr ağaçəkmə aksiyasında iştirak etmişlər.