• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 sentyabr 2022 il

    30 sentyabr 2022-ci il tarixində ISESCO-nun, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı, “Kainat” Gənclik Mərkəzinin təşkil etdiyi "İslam Dünyası gənc klassik musiqi ifaçılarının (20 yaşa dək) XI  Beynəlxalq Müsabiqəsi"nin finalı baş tutdu. 

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsiylə bağlı sərəncamını rəhbər tutaraq, müsabiqə görkəmli bəstəkarın 100 illik yubileyinə həsr olunmuşdur.

    Qonaqlar arasında iştirakçılar, musiqi mütəxəssisləri, həmçinin bir çox dövlət və özəl qurumların nümayəndələri yer almışdır. Tədbir üç hissədən ibarət keçirildi. Birinci- rəsmi hissədə  “Kainat Gənclik Mərkəzi”nin direktoru Kamran Rəsulzadə və beynəlmiləl tərkibli münsiflər heyətinin sədri, Azərbaycanın Xalq Artisti, BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyyətlə əlaqələr  üzrə prorektoru, professor Yeganə xanım Axundova çıxış edərək qonaqları salamlayaraq, müsabiqənin əhəmiyyətindən söz açdılar. Eyni zamanda Yeganə xanım qaliblərin siyahısından ibarət olan zərfi aparıcıya tədim etdi.

    İkinci hissədə artıq hər kəs qalibləri, nominantları və ən əsası, Qran-pri mükafatçısını tanıdı. Onlara, xüsusi diplom və hədiyyələr təqdim olundu. Yekunda isə gənc ifaçıların iştirakı ilə tamaşaçılar klassik musiqi əsərlərindən zövq aldılar.

     Belə ki, bu il Azərbaycan da daxil olmaqla,Türkiyə, Rusiya Federasiyası (Başqırdıstan), İran, Türkmənistan, Özbəkistan, Qazaxıstan kimi müxtəlif ölkələrdən olan ifaçılar yarışmaya qatılmışdır. Hər ölkəni 2 gənc istedad və 1 mütəxəssis təmsil edirdi (o həmçinin beynəlmiləl tərkibli münsiflər heyətinin üzvüdür).

    Müsabiqənin münsiflər heyətində-

    1. Özbəkistan Respublikasından – RÜSTƏM ŞÜKÜROV, Daşkənd Musiqi Məktəbinin pedaqoqu.

    2. İran İslam Respublikasından – YAHYA İSMAELZADEH, Musiqi Məktəbinin pedaqoqu

    3. Qazaxıstan Respublikasından – ZARİNA AYTEKOVA, Abay adına Qazax Dövlət Akademik Opera və Balet Teatrının musiqi müəllimi.

    4. YELENA SLANİNA - Rusiya Federasiyası, Başqırdıstan Uşaq İncəsənət məktəbinin direktoru, beynəlxalq müsabiqələr laureatı.

    5. TUĞBA TAMER TÜRELİ (Turkiyə) - T.C. Simfonik Orkestrinin və İdarə Heyətinin üzvü, Haccetepe

     

    Universitetinin Dövlət Konservatoriyasının skripka müəllimi.

    6. BƏHRAM DOLİYEV - Maya Quliyeva adına Türkmən Milli Konservatoriyasının Simli alətlər kafedrasının müəllimi -(Türkmənistan)

    7. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, Azərbaycanın Əməkdar müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə xanım Quliyeva – Azərbaycan.

    8. Münsiflər heyətinin sədri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, Azərbaycanın Xalq artisti, pianoçu-bəstəkar, professor Yeganə xanım Axundova yer almışdır.

    Qeyd edək ki, "İslam Dünyası gənc klassik musiqi  ifaçılarının (20 yaşa dək) XI  Beynəlxalq müsabiqəsi"nin qalibləri aşağıdakılardır:

    KİÇİK YAŞ QRUPU, ORKESTR NOMiNASiYASI-

    I YER-  SURƏ HƏSƏNLİ  – AZƏRBAYCAN

    II YER – SAMİR AYUPOV  – ÖZBƏKİSTAN

    III YER –KARAKAT BAŞANOVA  – QAZAXISTAN;

    KİÇİK YAŞ QRUPU, FORTEPİANO NOMINASIYASI-

    I YER – HÜSEYN QULİYEV  – AZƏRBAYCAN

    II YER – AYNUR OTUZOVA  – TÜRKMƏNİSTAN

     

    III YER – XALİDƏ QOCAYEVA  –AZƏRBAYCAN;

    BÖYÜK YAŞ QRUPU, ORKESTR NOMİNASİYASI-

    I YER - DARYA VALEYEVA - BAŞQIRDISTAN.RUSİYA FEDERASİYASI

    II YER – KOVUS BAŞIMOV  – TÜRKMƏNİSTAN

    III YER –DƏRYA KENESBEK  –QAZAXISTAN;

    BÖYÜK YAŞ QRUPU, FORTEPİANO NOMİNASİYASI-

    I YER -ASADBEK İSMAİLOV - ÖZBƏKİSTAN

    II YER - LEYLA HÜSEYNZADƏ  -AZƏRBAYCAN

    III YER - MAHNI HACIHƏSƏNZADƏ  – İRAN;

    GRAN-PRİ mükafatçısı- TURNA HÜSEYN  - TÜRKİYƏ.

    Təşkilat Komitəsi tərəfindən təsis etdiyi həvəsləndirici mükafatlar:

    1.“Ən kiçik iştirakçı” nominasiyası, Sofiya Velilyayeva, 8 yaş, Özbəkistan,

    2.“Azərbaycan bəstəkarının əsərinin mahir ifasına görə”  Anna Mirzayeva, Özbəkistan,

    3.“Fərqli ifa manerasına görə” Juk Artemiy, Özbəkistan.

    Sonda qaliblər diplom və sertifikatlarla təltif olunmuşlar.