• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    13 aprel 2025-ci il

    13 aprel 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “SİMURQ” musiqi-təhsil layihəsi çərçivəsində keçirilən ustad dərsdə ictimai xadim, şairə,

    2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, “Baku” jurnalının təsisçisi və baş redaktoru, 2011-ci ildən isə Fondun vitse-prezidenti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü Leyla xanım Əliyeva iştirak etdi.

    P.İ.Çaykovski adına Moskva Konservatoriyasının dosenti, tanınmış pedaqoq Tatyana Titova tərəfindən ustad dərsləri üç gün ərzində keçirilmişdir.

    Uzun illərdir “Simurq” layihəsi çərçivəsində təşkil olunan ustad dərsdə müxtəlif yaş kateqoriyalarından olan gənc pianoçular iştirak etdilər.

    Azərbaycanın Xalq artisti, BMA-nın beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova və “SİMURQ” layihəsinin rəhbəri, BMA-nın “Kamera ansamblı” kafedrasının müəllimi, beynəlxalq müsabiqələr laureatı, pianoçu Səidə Tağızadə Leyla xanımı qarşılayaraq, onu ustad dərsin gedişi ilə yaxından tanış etdilər. Leyla xanım böyük maraqla gənc musiqiçilərin ifasını dinlədi, dərs prosesi ilə bağlı suallar verdi və bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzuladı.