• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Orta ixtisas musiqi məktəb-studiyasının əsasnaməsi

    Orta ixtisas musiqi məktəb-studiyasının əsasnaməsi

    «TƏSDİQ EDİRƏM»

     

    Üzeyir Hacıbəyli adına

    Bakı Musiqi Akademiyasının

    rektoru, professor F.Bədəlbəyli

     

                                                                                                                          

    «_____»_____________ 2015-cu il

     

    Üzeyir Hacıbəyli adına

    Bakı Musiqi Akademiyasının

    Orta ixtisas musiqi məktəb-studiyasının

    (BMA-nın elmi-metodiki laboratoriyasının)

     

    ƏSASNAMƏSİ

     

    MƏKTƏB-STUDİYANIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

    1.  Məktəb-studiya musiqi pedaqogikası və təhsil metodikası üzrə tədqiqat və təcrübi-eksperiment işi kimi elmi laboratoriya olaraq 1980-ci ildə təşkil edilmişdir.

    2. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyası böyüməkdə olan nəslin musiqi tədrisi və tərbiyəsi prosesinin daha optimal aparılmasına yönəldilən musiqi pedaqogikası və müəllimlik metodikası sahəsində Bakı Musiqi Akademiyasının tədqiqat və təcrübə eksperiment işi üzrə laboratoriyası kimi 1980-ci ildə təşkil edilmişdir. Məktəb-studiya eləcə də BMA tələbələrinin pedaqoji ifaçılıq və konsertmeysterlik təcrübəsinin effektiv keçirilməsi, onların yüksək mədəni səviyyəli musiqiçi-müəllimlərin tərbiyəsi işində möhkəm bünövrə yaratmaq və onlara tədris müəssisəsində ali musiqi təhsilli mütəxəssisin iş perspektivinə uyğun iş şəraiti yaratmaq məqsədinə də xidmət ğöstərir.

    3. Məktəb-studiya həmçinin respublikanın uşaq musiqi məktəbləri və orta ixtisas musiqi məktəbləri müəllimlərinin ixtisasını artırmaq üçün baza kimi xidmət göstərir.

    4. Məktəb-studiyanın vəzifəsi böyüməkdə olan nəslin peşəkar, həm həvəskar musiqiçilərin musiqi tərbiyəsini və tədrisini yüksək səviyyədə təşkil etməkdən ibarətdir. Məktəbdə şagirdlər orta musiqi təhsili və mədəniyyət müəssisələrində orkestr artisti və konsertmeyster kimi fəaliyyət göstərmək üçün lazım olan peşə hazırlığı alırlar.

    5. Məktəb-studiya istedadlı uşaqların aşkara çıxarılması, tədris və tərbiyə mərkəzinə çevrilməlidir.

    1. TƏDQİQAT İŞİ HAQQINDA

    6. Məktəb-studiya böyüməkdə olan nəslin musiqi tədrisi və tərbiyəsi prosesinin daha optimal aparılmasına yönəldilən musiqi pedaqogikası və müəllimlik metodikası sahəsində Bakı Musiqi Akademiyasının tədqiqat və təcrübə eksperiment işi üzrə laboratoriyasıdır.

     7. Elmi-metodiki işə aşağıdakılar daxildir:

     – məktəb-studiyanın eksperimental iş təcrübəsinin müəllimlərin elmi işində ümumiləşdirilməsi

     – proqramların, metodiki işləmələrin, tövsiyələrin eksperimental elmi-metodiki fəaliyyəti nəzərə almaqla islah edilməsi;

     – elmi-ifaçılıq konfrans və müsabiqələrin keçirilməsi.

     8. Tədqiqat və təcrübə-eksperiment işinə BMA-nın müvafiq elmi kafedralara tələbələrinin cəlb edilməsi, onda seçdiyi ixtisasa qarşı maraq artırmaq, təfəkkürünü inkişaf etdirmək, tədqiqat işi sahəsində təcrübə qazanmasına şərait yaratmaq məqsədi daşıyır.

     

    Məktəb-studiyada keçirilən tədqiqat və təcrübə-eksperiment işinin müvəffəqiyyətli nəticələri bütün məktəblərdə təlim-tərbiyə prosesinə geniş tətbiq edilmək üçün məsləhət görülməlidir.

     2. BAKI MUSİQİ AKADEMİYASI TƏLƏBƏLƏRİNİN PEDAQOJİ TƏCRÜBƏSİNİN TƏŞKİLİ HAQQINDA

    9. Bakı Musiqi Akademiyasında əsas ixtisas fənlərindən olan pedaqoji təcrübə musiqiçinin müəllimlik fəaliyyətinə hazırlanması prosesində mühüm yer tutur.

     10. Pedaqoji təcrübənin məqsədləri:

      – tələbəni ali tədris müəssisəsini bitirdikdən sonra müvəffəqiyyətli müəllimlik işi üçün zəruri olan səriştə və bacarığa yiyələndirmək;

     – tələbədə pedaqoji fəaliyyətə məhəbbət aşılamaq;

     – tələbədə musiqi pedaqogikası sahəsində tədqiqat işi aparmağa maraq yaratmaq.

     11. Pedaqoji təcrübə keçdiyi prosesdə təcrübəçi tələbə:

    – uşaq musiqi məktəbi və orta ixtisas musiqi məktəblərinin pedaqoji repertuarının zəruri minimumunu öyrənməli;

     – sinifdə öyrənilən proqramı savadlı şəkildə araşdırıb təhlil etməyi bacarmalı;

     – hər bir şagirdin şəxsi imkanını nəzərə alıb düzgün fərdi plan tərtib etməli;

     – şagirdin fərdi, şəxsi, yaş, psixoloji xüsusiyyətlərini nəzərə alaraq hər bir şagirdə fərdi yanaşma metoduna yiyələnməli;

     – qəbul, keçid və buraxılış imtahanlarını keçirməyi, açıq və bağlı akademik gecələri keçirməyi öyrənməli və şagirdləri düzgün qiymətləndirməyi bacarmalı;

     – tədris sənədlərini tərtib etməyi öyrənməlidir.

    Tələbələrin pedaqoji tərbiyəsi məqsədini daşıyan orta ixtisas musiqi məktəb-studiysı akademiya nəzdində məhz bununla əlaqədar olaraq yaradılmışdır.

     3. MÜƏLLİM-MUSİQİÇİLƏRİN İXTİSASINI TƏKMİLLƏŞDİRMƏYİN TƏŞKİLİ HAQQINDA

    12. Yuxarıda adı çəkilən məktəb respublikanın uşaq musiqi məktəbləri və orta ixtisas musiqi məktəbləri müəllimlərinin Bakı Musiqi Akademiyası nəzdində təşkil edilmiş ixtisasartırma kursları üçün tədris bazası olmalıdır. Məktəbin bu sahədə apardığı iş akademiyanın müvafiq kafedraları ilə və Azərbaycan Respublikası xalq təhsili nazirliyinin orta ixtisas və ali təhsil müəssisələri üzrə metodik kabinələr ilə əlaqələndirilməlidir.

     

    MƏKTƏB-STUDİYANIN TƏŞKİLAT QAYDALARI VƏ STRUKTURU

    13. Tələbələrin pedaqoji tərbiyəsi məqsədilə Bakı Musiqi Akademiyasının musiqi məktəb-studiyasının açılması onun ehtiyaclarına müvafiq maddi-texniki baza olmasını nəzərdə tutur. Təlim-tərbiyə prosesinin normal aparılması üçün məktəbin akademiyaya ərazicə yaxınlığı zəruridir.

     4. TƏDRİS İŞİ HAQDA

    14. Məktəb-studiyda təhsil xüsusi musiqi planına əsasən keçirilir.

    Tədris işi bu ixtisaslar üzrə aparılır:

     – fortepiano, orkestr alətləri (simli, zərb alətləri, nəfəs alətləri), azərbaycan xalq çalğı alətləri, IX sinifdən musiqi nəzəriyyəsi, solo oxuma, xor dirijorluğu, bəstəkarlıq;

     – yaradıcı qabilliyyətə malik şagirdlər üçün ixtisas dərslərindən əlavə, bəstəkarlıq üzrə fərdi məşğələlər təşkil oluna bilər;

     – məktəb-studiyada təhsil 4, 5, 7, 10 və 11 ildir. Müxtəlif ixtisaslar üzrə təhsil müddəti tədris planına əsasən təyin edilir;

     – professional səlahiyyəti olmayan şəxslərə səkkizillik təhsilin tamamlanması barədə şəhadətnamə verilir.

    Məktəb-studiyada təhsil işinin aşağıdakı formaları vardır:

    a) müəllimin ixtisas üzrə fərdi dərsləri;

    b) musiqi-nəzəri fənlər, orkestr, xor sinifləri üzrə qrup məşğələləri. Bununla yanaşı, musiqi-nəzəri təlim müəllimləri eksperimental surətdə işlənilib hazırlanmış təlim metodlarını yaradıcı surətdə tətbiq etməlidir, belə ki, bu, şagirdlərə bilik və vərdişlərin şüurlu və möhkəm qavranılmasını təmin edə bilər.

    c) tələbənin şagirdlə apardığı fərdi dərslər

    15. Təhsil proqramlarının şagird tərəfindən yerinə yetirilib, qavranılması üzrə nəzarət bu vasitələr əsasında aparılır:

    a) konsertlərin keçirilməsi

    b) musiqi-nəzəri fənlər üzrə keçirilən fərdi sorğu və yoxlama dərslər vasitəsilə

    c) tədris planına müvafiq xüsusi müddət üzrə keçirilmə və dövlət imtahanlarının keçirilməsi

     5. PEDAQOJİ ŞURA

    15. Orta ixtisas musiqi məktəb-studiyasının pedaqoji şurası məktəb direktorunun sədrliyi ilə aşağıdakı tərkibdə təşkil olunur: tədris hissə üzrə direktor müavini, şöbə müdirləri, ixtisas fənləri müəllimləri.

    16. Pedaqoji şura direktlor yanında məşvərətçi orqandır.

    17. Direktor olmadığı hallarda sədrin vəzifəsini tədris hissə üzrə direktor müavini icra edir.

    18. Pedaqoji şuranın katibi vəzifəsini bu vəzifəyə bir il müddətinə seçilmiş müəllimlərdən icra edir.

    19. Pedaqoji şura məktəb direktorunun təyin etdiyi vaxt çağırılır.

    20. Pedaqoji şura:

     – məktəb-studiyanın iş planını, pedaqoji prosesin prinsipial istiqamətini müəyyənləşdirən və şagirdlərin və bütün məktəb kollektivinin yüksək bədii tərbiyəsini təmin edən tədris-metodik və digər sənədləri nəzərdən keçirir və müzakirə edir;

     – məktəb-studiya direktorunun onun tədris hissə üzrə direktor müavininin, şöbə müdirlərinin məktəbdə təlim-tərbiyə və metodiki işin aparılması haqqında məlumatlarını dinləyir və müzakirə edir;

     – tədris proqramlarının yerinə yetirilməsi, dərs metodları, şagirdlərin bilik keyfiyyəti və s. haqqında müəllimlərin hesabatını dinləyir və müzakirə edir;

    Tədris ili ərzində metodik və təlim-tərbiyə işinin yekunlarını, keçid və buraxılış imtahanlarına hazırlıq üzrə tədbirləri, imtahanın yekunlarını, şagirdlərin sinifdən-sinfə keçirilməsi, məktəbdən xaric edilməsi, imtahan vaxtının dəyişdirilməsi, dərs əlaçısı olan şagirdlərə fəxri fərmanların verilməsi, məktəbi qurtaran şagirdlərə orkestr artisti və konsertmeyster ixtisasının verilməsi, bəzi şagirlərin təkrar sinifdə saxlanılması və məsələləri müzakirə edirlər.

    21. Məktəb-studiyanın vəsaiti büdcet təxsisatlarından ibarətdir.

    Qeyd: Məktəb şagirdlərin qüvvəsi ilə açıq pullu konsertlər verilməsindən əldə edilən vəsait hesabına məktəbin xüsusi hesabı açıla bilər.

     

    MƏKTƏB-STUDİYANIN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

     6. DİREKTOR

     22. Məktəb-studiyanın direktoru BMA-nın Elmi şurasının üzvü olub, aşağıdakı vəzifələri yerinə yetirir:

    a) məktəb şagirdlərinin, müəllimlərin, təlim-tərbiyə, yardımçı tədris hissə və inzibati texniki heyətin mədəni-tərbiyəvi işinə rəhbərlik;

    b) tədris plan və proqramlarının yerinə yetirilməsi, dərs və imtahan cədvəllərinin, eləcə də məktəbin və onun bölmələrinin illik iş planının təsdiqlənməsinə nəzarət edilməsi;

    c) daxili nizam-intizam qaydalarına riayət edilməsinə nəzarət eilməsi;

    d) müəllimlərin, pedaqoji şuranın, köməkçi tədris işçilərinin işinə, şagirdlərin davamiyyətinə nəzarət edilməsi;

    e) tədris hissəsi, rəhbərlik, təsərrüfat və mühasibat bölmələrinin işinə nəzarət;

    f) BMA-nın elmi şurasında hesabatların tərtibi;

    g) illik smetanın vaxtlı-vaxtında tutulması, məktəbin pul vəsaiti və əmlakının işlənməsinə nəzarət və maliyyə intizamına əməl edilməsinə nəzarət.

     7. TƏDRİS İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

    23. Direktor müavininin vəzifələri aşağıdakılardır:

    a) müəllim və əlavə tədris personalı arasında tədris yükünün bölünməsi;

     b) şagirdlərin fərdi planlarının yoxlanılıb təsdiqlənməsi, bütün bölmələrdə müəllimlər tərəfindən tədris planı və proqramlarının yerinə yetirilməsinin yoxlanılması;

    c) şagirdlər ilə aparılan fərdi və qrup məşğələlərə mütəmadi nəzarət və şagirdlərin akademik davamiyyətinin yoxlanılması;

    d) akademik axşamlar və imtahanların təşkili və yoxlanılması;

    e) tədrisi-metodiki işin vəziyyəti və kontingentin hərəkəti barədə hesabatların tərtibi;

    8. ELMİ-METODİKİ İŞLƏR ÜZRƏ DİREKTOR MÜAVİNİ

    24.Elmi işlər üzrə direktor müavini bu vəzifələri yerinə yetirir:

    a) tədqiqi və təcrübi-eksperimental işə rəhbərlik;

    b) keçirilən təcrübi-eksperimental tədqiqatların nəticələrinin müqayisəli təhlili, nəzəri əsaslandırılması və müsbət nəticələr olduqda eksperimental məlumatların sonrakı müdaxiləsi;

    c) məktəbin müəllimlərinin və təcrübəçi tələbələrin musiqi pedaqogikası və tədris metodikası sahəsində tədqiqi işə cəlb olunması;

    d) keçirilən tədqiqi və təcrübi-eksperimental iş haqda plan və hesabatların tərtibi;

     

    9. FƏNLƏR ÜZRƏ KOMİSSİYA

    25. Fənlər üzrə komissiyanın sədrləri müvafiq şöbə müəllimlərinin apardığı tədris, metodik və tərbiyəvi işə bilavasitə rəhbərlik edir.

    26. Şöbə müdirinin vəzifələrinə aşağıdakılar daxildir:

    a) şöbənin təlim-tərbiyə və metodiki iş planının tərtibi, ümumi məktəb cədvəli üçün materialların hazırlanması, cədvəlin tədris hissəsinə təqdim edilməsi;

    b) şagirdlərin müəllim sinfi üzrə bölünmə planının müdiriyyətə təqdim edilməsi;

    c) müvafiq bölmə müəllimlərinin apardıqları elmi-metodiki işə bilavasitə rəhbərlik. onların pedaqoji işinə sinif məşğələlərini yoxlamaq vasitəsilə nəzarət etmə, lazımi praktiki kömək göstərmək;

    d) şagirdlərin dinlənilməsinin və açıq konsertlər üçün məşqlərin təşkili, məktəbə daxil olanlar üçün məsləhət saatlarının və sınaq məşqlərin keçirilməsi;

    e) şagirdlərin davamiyyəti və nizam-intizama riayət etməsinə nəzarət;

    f) hər semestrin sonunda şagirdlərin davamiyyətinin vaxtlı-vaxtında qiymətləndirilməsi;

    g) müvafiq şöbə müəllimlərinin ixtisasartırma üzrə işinə rəhbərlik və nəzarət, tədrisi-metodiki iclasların keçirilməsi, işlənilən mövzuların nəzərdən keçirilib təsdiqlənməsi, bölmənin iş planlarının şagirdlərin fərdi planlarının, davamiyyətinin müzakirə edilməsi;

    h) məktəbin pedaqoji şurasının iclaslarında bölmənin apardığı iş barədə hesabat.

     

    10. MÜƏLLİMLƏR

     27. Ali tədris müəssisəsini müvafiq ixtisas üzrə bitirmiş şəxslər musiqi məktəb-studiyasında müəllim işləyə bilərlər.

    28.  Müəllimin vəzifəsi:

    a) məktəbin təlim-tərbiyə və metodik iş planlarını yerinə yetirmək, tədris planlarını və proqramlarına uyğun iş aparmaq;

    b) şagirdlərin fərdi planlarını vaxtında tərtib etmək, öz fənni üzrə fərdi və ya qrup məşğələlərin planını hazırlamaq və onları şöbənin müzakirəsinə vermək;

    v) sinif jurnallarını müntəzəm yazmaq, gündəlik və rüblük qiymətləri vaxtlı-vaxtında jurnala qeyd etmək, şagirdlərin gündəliklərini yazmaq, geri qalan şagirdlərə kömək etmək;

    q) öz professional səviyyəsinin artırılması üzərində müntəzəm olaraq işləmək, müəllimlik və ifaçılıq ixtisasını təkmilləşdirmək, şöbənin işində iştirak etmək, akademik gecələrdə, şagirdlərin dinləyişlərində, açıq konsertlərdə, metodik yığıncaqlarda və s. iştirak etmək;

    ğ) direktorun təyinatı ilə qəbul və imtahan komissiyalarında iştirak etmək, müəyyən edilmiş qrafikə uyğun olaraq məktəb üzrə və açıq konsertlər zamanı növbətçilik etmək;

    d) öz fənni üzrə tədris plan və proqramlarının yerinə yetirilməsi, həmçinin öz sinfinin şagirdlərinin müvəffəqiyyət dərəcəsi haqda zəruri məlumatları vaxtlı-vaxında şöbə rəhbərliyinə və ya tədris hissə üzrə direktor müavininə təqdim etmək, məktəb şagirdlərinin intizam pozuntularına yol verdikləri halda bu barədə tədris hissəsinə dərhal xəbər vermək;

    e) öz sinfinin şagirdləri ilə məşğələlərin cədvəlini tədris hissəsinə təqdim etmək və ona dəqiq riayət etmək;

    ə) məktəb müdiriyyətinin bütün əmr və sərəncamlarını yerinə yetirmək və müəyyən edilmiş daxili nizam qaydalarına əməl etmək;

    f) BMA rektoru tərəfindən təsdiqlənmiş illik plana əsasən elmi-metodik işləri təhvil vermək

    29. Müəllim öz sinif şagirdlərinin təlim-tərbiyəsi və intizamı, tədris plan və proqramlarının yerinə yetirilməsinə görə məktəb direktoru qarşısında məsuliyyət daşıyır.

     

    11. ELMİ İŞÇİ

     30.Elmi işçinin vəzifələrinə aşağıdakılar daxildir:

    a) hər hansı bir mövzunun ayrı-ayrı bölmələri (mərhələ və ya məsələləri) üzrə elmi tədqiqatların, elmi işləmələrin aparılması; bu işlərdə məsul iştirakçı və ya elmi rəhbər ilə birlikdə iştirak edərək çətin eksperimental işlərin və müşahidələrin həyata keçirilməsi;

    b) elmi-metodiki məlumatların, eləcə də ölkəmizdə və xaricdə əldə olunan ən yeni təcrübənin, eksperiment və müşahidələrin nəticələrinin toplanılıb işlənilməsi, təhlil edilib ümumiləşdirilməsi;

    c) tədqiqat işlərinin, onların nəticələrinin yerinə yetirilməsi üzrə praktiki tövsiyələrin, planların və metodiki proqramların tərtibində iştirak etmək;

    d) mövzu (və ya onun bölmələri) üzrə hesabatların (bütöv və ya qismən) hazırlanması;

    e) tədqiqat və işləmə plan nəticələrinin müdaxilə olunmasında iştirak etmə;

    f) öz professional xidmət fəaliyyətinin elmi nəticələrini elmi, elmi-texniki və digər nəşrlərdə dərc etdirmək;

    g) öz vəzifəsinin reqlamentinə uyğun olaraq, vəzifə səlahiyyətlərini yerinə yetirmək;

    h) iş yerinin elmi müəssisəsinin daxili nizam-intizamına riayət etmək;

    i) vəzifə səlahiyyətlərinin yerinə yetirilməsi üçün zəruri olan kvalifikasiya səviyyəsini yüksəldərək, həmin səviyyəni saxlamaq;

    k) öz professional fəaliyyəti ilə bağlı biliklərin elmi sahələrinin populyarlaşdırılmasında iştirak;

    31. Elmi işçi bunları bilməlidir:

    a) keçirilən tədqiqatların, işləmələrin məqsəd və vəzifələrini, bunlar üzrə yayılan yerli və xarici məlumatları;

    b) tədqiqat və işləmələrin planlaşdırılıb təşkil olunmasının müıasir metod və vasitələrini, eksperiment və müşahidələrin keçirilməsinin, eləcə də məlumatların ümumiləşdirilib işlənilməsinin müasir metodlarını.

      

    12. METODİST

     31. Metodistin vəzifələrinə aşağıdakılar daxildir:

    a) şagirdlərin hərəkətlərinin (digər məktəbə keçirilməsi, xaric və ya yenidən qəbul olunması);

    b) tədrisi və elmi-metodik iş üzrə sənədlərin tərtibatının tənzim olunması;

    c) daxili və xarici yazışmaların qeydiyyatı;

    d) imtahanların, kollokviumların cədvəllərinin tərtibatı;

    e) imtahan proseslərinin təşkili üçün zəruri olan sənədlərin (şagirdlərin və müəllimlərin siyahısı, tədris planına müvafiq şəkildə fənlərin siyahıya alınması və s.) toplanılması;

    f) imtahanların verilməsi üzrə qeyd kitabının doldurulması;

    g) tədris sənədlərinin doldurulması üzərində nəzarət (imtahan və məqbul cədvəllərinin).

     

    13. LABORANT

    32. Laborantın vəzifəsinə aşağıdakılar daxildir:

    a) məktəbin tədris və elmi işlərinin təşkilində yaxından iştirak etmək;

    b) tədris məşğələlərinin gedişi prosesində fənn müəllimlərinə kömək göstərmək;

    c) məktəbdə keçiriləcək dərslərin qrafikini təmzimləmək;

    d) məktəbin təşkilati işlərində iştirak etmək.

    33. Laborant bunları bilməlidir:

    a) işlədiyi məktəbin iş xüsusiyyətləri;

    b) dərslərə əvvəlcədən hazırlıq işləri görməyi;

    c) müəllimlərin dərs jurnallarının və şagirdlərin fərdi vərəqələrinin uazılmasına nəzarət etməli.