• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Ustad dərsləri

    4 aprel 2019-cu

    4 aprel 2019-cu il tarixində Kanadalı violonçel ifaçısı, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu, Montreal kamera musiqisi cəmiyyətinin bədii rəhbəri, Montreal Raxmaninov Trosunun təsisçisi Velitçka Yotçeva Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İfaçılıq fakültəsinin tələbəsi ilə ustad dərsi keçib. 

    Ardını oxu...

    8 mart 2019-cu

    8 mart 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında məşhur violinoçu, pedaqoq, professor Eduard Vulfsonun ustad dərsi keçirilmişdir.

    Ardını oxu...

    6 mart 2019-cu

    6 mart 2019-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında İsrailin Tel-Əviv Universiteti nəzdində "The Buchmann-Mehta School of Music" məktəbinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, tanınmış violonçel ifaçısı və dirijor Dmitri Yablonski “The Buchmann-Mehta School of Music" məktəbinə qəbul üçün tələbələrin dinləyişini keçirib.

    Ardını oxu...

    1 mart 2019-cu

    1 mart 2019-cu il tarixində Macarıstanın Azərbaycandakı Səfirliyinin Mədəniyyət məsələləri üzrə attaşesi Mixail Qruber, Macarıstanın İştvan Bokşay adına Reformator Təhsili Mərkəzinin direktoru Papp Kornel və F. List adına Musiqi Akademiyasının müəllimi, tuba ifaçısı Kovacs Zalan Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qonağı olublar.

    Ardını oxu...

    27 fevral 2019-cu

    27 fevral 2019-cu il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında İtaliya pianoçusu, Milan Konservatoriyasının məzunu, FaSolSi Assosiasiyasının təsisçisisi Marko Falossi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri ilə ustad dərsi keçib.

    Ardını oxu...

    27 fevral 2019-cu

    27 fevral 2019-cu il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Konfrans zalında V.M.Bextereva adına Sankt-Peterburq psixotriya və nevrologiya elmi-tədqiqat institutunun psixiatr-ordinatoru İsmayıl Atayevin “Depresiyalar və musiqi aləmində depresiv reaksiyaların təhlili” mövzusunda mühazirəsi keçirilib.

    Ardını oxu...