• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə tələbələr üçün “WinterCamp 2023” qış düşərgəsi keçiriləcək.

    “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə 4-13 fevral 2023-cü il tarixlərində Qubada tələbələr üçün “WinterCamp 2023” qış düşərgəsi keçiriləcək. Məqsəd qış tətili dövründə tələbələrin bilik və təcrübə mübadiləsinin artırılması, eləcə də onların asudə vaxtlarının daha səmərəli və faydalı keçirilməsidir.  

    5 günlük qış düşərgəsində iştirakçılar maraqlı simulyasiya və idman yarışları, maarifləndirici, intellektual oyunlar vasitəsilə vaxtlarını səmərəli dəyərləndirəcəklər.  

    Aşağıda qeyd olunan 4 istiqamət üzrə keçiriləcək düşərgə çərçivəsində tələbələr peşəkar mütəxəssislər, spikerlər və təlimçilərin iştirakı ilə interaktiv sessiyalar və panellər vasitəsilə ixtisas biliklərini təkmilləşdirmək imkanı əldə edəcəklər.  

    İstiqamətlər:  

    1. Maliyyə, iqtisadiyyat və əlaqəli ixtisaslar üzrə təhsil alan tələbələr (4-8 fevral);  

    2. Riyaziyyat, fizika və əlaqəli ixtisaslar üzrə təhsil alan tələbələr (4-8 fevral);  

    3. Jurnalistika, ictimaiyyətlə əlaqələr, media və kommunikasiya, dövlət və ictimai münasibətlər və əlaqəli ixtisaslar üzrə təhsil alan tələbələr (9-13 fevral); 

    4. Təhsilin idarəedilməsi, pedaqoji profilli ixtisaslar üzrə təhsil alan tələbələr (9-13 fevral).  

    Düşərgəyə III və IV kursda təhsil alan bakalavrlar, eləcə də magistratura səviyyəsində təhsil alan tələbələr müvafiq linkdən https://forms.gle/w2ZzTrjtabX3E3HB8 qeydiyyatdan keçərək qatıla bilərlər. Qeydiyyat üçün son tarix 15 yanvar 2023-cü il müəyyən edilib.  

    Qeydiyyatdan keçmiş iştirakçıların ilkin biliklərinin yoxlanılması üçün test imtahanı və müsahibə mərhələsi keçiriləcək. Bu mərhələləri uğurla başa vuran şəxslər düşərgədə iştirak hüququ qazanacaqlar.  

    Qeyd edək ki, iştirakçı sayı məhduddur. Yalnız seçilmiş şəxslərə nəticələr barədə məlumatlar elektron poçt vasitəsilə göndəriləcək.  

    Əlaqə: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.