• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    “AZƏRBAYCAN VƏ XARİCİ MUSİQİ NÖMRƏLƏRİNİN SOLMİZASİYASI” I RESPUBLİKA MÜSABİQƏSİ

     

    2025-ci il 25 oktyabr – 7 noyabr tarixlərində BMA-nın İxtisas musiqi məktəb-studiyasının təşəbbüsü ilə “Azərbaycan və xarici musiqi nömrələrinin solmizasiyası” I Respublika müsabiqəsi keçiriləcək. Bu müsabiqə Bakı Musiqi Akademiyası tərəfindən təşkil olunan Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş festival çərçivəsinə daxildir.

    Müsabiqənin məqsədi gənc musiqiçilərin solfecio fənninə marağın oyadılması, ifadəli oxu bacarığının inkişaf etdirilməsi, üzdən oxu, dirijorluq qabiliyyətinin yüksəldilməsi, musiqi və ritm duyumunun, vokal-intonasiya etmə bacarığının inkişaf etdirilməsi, Azərbaycan məqamlarının daha dərindən mənimsənilməsidir.

    Sözügedən müsabiqə uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri, o cümlədən orta və ali musiqi təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulub. Müsabiqə 4 kateqoriya üzrə 2 mərhələli şəkildə keçirilir. I mərhələ (seçim mərhələsi) videoçəkiliş əsasında baş tutacaq. II mərhələyə isə münsiflər heyətinin seçimi ilə hər kateqoriya (II – V , VI –VIII, IX – XI siniflər və I – IV kurslar) üzrə 20 iştirakçı buraxılacaq. Bu mərhələ canlı şəkildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçiriləcək.

    Bir çox müsabiqələrə ev sahibliyi etmiş Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyası nöbəti dəfə yeni layihə təqdim edərək Respublika üzrə gənc musiqiçilərin musiqi bilik və bacarıqlarının yüksəlməsinə xidmət edir.

    Lalə Dadaşova ikisəsli

    Rəhilə Həsənova solfecio

    İŞTİRAKÇININ ƏRİZƏ-ANKETİ

    “Təsdiq edirəm” 

     

    Üzeyir Hacıbəyli adına

    Bakı Musiqi Akademiyasının

    rektoru, professor

    Fərhad BƏDƏLBƏYLİ

     

    20 iyun 2025-ci il

     

    Üzeyir Hacıbəylinin 140 illik yubileyinə

     həsr olunur

     

     

     “AZƏRBAYCAN VƏ XARİCİ MUSİQİ NÜMUNƏLƏRİNİN

    SOLMİZASİYASI”

    I RESPUBLİKA MÜSABİQƏSİ

     

     

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası

    25 oktyabr – 7 noyabr 2025-ci il

     

    Təsisçilər:

    Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası

    BMA-nın İxtisas musiqi məktəb-studiyası

     

    ƏSASNAMƏ

     1. “Azərbaycan və xarici musiqi nümunələrinin solmizasiyası” I Respublika müsabiqəsi Bakı Musiqi Akademiyası tərəfindən təşkil olunan Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş festival çərçivəsində keçirilir.

     2. Solfecio fənni üzrə “Azərbaycan və xarici musiqi nümunələrinin solmizasiyası” I Respublika müsabiqəsi uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri, o cümlədən orta və ali musiqi təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulub.

     3. Müsabiqə kompleks şəkilli təhsilin optimallaşdırılmasına istiqamətlənmiş yeni layihədir.

     

    MÜSABİQƏNİN MƏQSƏDLƏRİ

     1. Solfecio fənninə marağın artırılması və ifadəli oxu bacarığının inkişaf etdirilməsi.

     2. Üzdən oxu və dirijorluq qabiliyyətinin yüksəldilməsi.

     3. Gənc musiqiçilərin musiqi və ritm duyumunun, vokal-intonasiya etmə bacarığının inkişaf etdirilməsi.

     4. Azərbaycan məqamlarının daha dərindən mənimsənilməsi.

    MÜSABİQƏNİN ƏSAS ŞƏRTLƏRİ

     1. Müsabiqə respublika üzrə uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri, o cümlədən orta və ali musiqi təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulub.

     2. Müsabiqə 4 kateqoriya üzrə 2 mərhələli şəkildə keçirilir.

     3. I mərhələ (seçim mərhələsi) videoçəkiliş əsasında baş tutacaq. Videoçəkiliş “YouTube” saytına yerləşdirilməli və linki sənədlərlə birgə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərilməlidir. İştirakçının ifasının videoçəkilişi montajsız şəkildə, arası kəsilmədən aparılmalıdır. İfa zamanı ifaçının siması, əl hərəkətləri aydın görünməlidir.

     4.Müsabiqənin hər bir iştirakçısı I mərhələdə aşağıda müəyyən edilən solfecio dərs vəsaitlərinin hər birindən bir nömrə olmaqla, milli məqamların səs qatarlarını, tam kadans və mayə (Mayeyi-Rast, Mayeyi-Şur, Mayeyi-Segah, Mayeyi-Şüştər, Mayeyi-Çahargah, Mayeyi-Bayatı-Şiraz, Mayeyi-Hümayun) şöbələrindən birini ifa etməlidir.

    Qeyd: Birinci mərhələdə nömrələrin seçimi iştirakçının öz öhdəsinə buraxılır.

     

    II mərhələdə münsiflər heyətinin seçimi ilə hər kateqoriya (II – V , VI –VIII, IX – XI siniflər və kurslar) üzrə 20 şagird iştirak edə bilər. Bu mərhələ canlı şəkildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçiriləcək. İştirakçı püşk atma yolu ilə seçilmiş iki solfecio nömrəsi (birsəsli və ikisəsli) və iştirakçının sərbəst seçimi əsasında milli məqamların səs qatarlarından, tam kadans və mayə şöbələrindən birini oxumalıdır.

     5. Müsabiqənin birinci və ikinci mərhələlərinin hər birində çıxış üçün ayrılan reqlament 10 – 15 dəqiqədir.

     6. Birsəsli musiqi nömrələrinin nümayişi zamanı şagird öz ifasını dirijorluqla müşayiət etməlidir. Müəllimlərin müdaxiləsi yolverilməzdir. Yalnız ikisəsli nömrələrdə müəllim şagirdə səslərdən birini ifa edə bilər (I mərhələ) və yaxud iştirakçı özü bir səsi oxuyub, digər səsi fortepianoda səsləndirə bilər.

     

    İkinci mərhələyə keçən iştirakçılar (VI – VIII, IX – XI siniflər) ikisəsli musiqi nümunələrinin bir səsini oxuyaraq, digər səsinifortepianoda ifa etməlidir (yuxarı səsi ifa edərək aşağı səsi oxumaq və əksinə).

     7. Münsiflər heyəti tərəfindən 4 kateqoriya üzrə müəyyən edilmiş qaliblər “Azərbaycan və xarici musiqi nümunələrinin solmizasiyası I Respublika müsabiqəsinin laureatı” adına layiq görülür. Diplom alan şəxslərə isə “Azərbaycan və xarici musiqi nümunələrinin solmizasiyası I Respublika müsabiqəsinin diplomantı” adı verilir.

     8. Münsiflər heyətinin qərarı həlledicidir: şikayət edilə və təkrar müzakirə oluna bilməz.

     9. Münsiflər heyətinin üzvləri öz sinfinin iştirakçılarına səsvermə hüququndan məhrumdur.

     

     

    Qeyd: II mərhələdə iştirak etmək hüququ qazanmayan və II mərhələyə keçib qalib olmayan iştirakçılara heç bir sənəd verilmir.

    MÜSABİQƏNİN SİNİFLƏR ÜZRƏ QRUPLARI

    I qrup – II –V siniflər

    II qrup – VI – VIII siniflər

    III qrup – IX – XI siniflər

    IV qrup – I – IV kurslar

     

    MÜSABİQƏNİN PROQRAMI

     

    II sinif

    birsəsli

    ikisəsli

    № 32, 138, 162, 175, 209

    (B.Kalmıkov və G.Fridkin)

    № 25, 26, 28, 31, 36 (B.Kalmıkov və G.Fridkin)

    № 147, 149, 151, 168, 175 (R.Həsənova)

     

    № 58, 64, 66, 69, 86 (L.Dadaşova)

     

    Azərbaycan xalq məqamlarının səs qatarı, tam kadans və mayə şöbəsinin melodiyası (Ü.Hacıbəyli). İfaçının sərbəst seçimi əsasında.

     

     

     

    III sinif

    birsəsli

    ikisəsli

    № 240, 248, 252, 262, 275 (B.Kalmıkov və G.Fridkin)

    № 48, 53 (B.Kalmıkov və G.Fridkin)

    № 5, 6, 11 (L.Dadaşova)

    № 214, 223, 238, 254, 255, (R.Həsənova)

     

    № 96, 99, 104, 111, 121 (L.Dadaşova)

     

    Azərbaycan xalq məqamlarının səs qatarı, tam kadans və mayə şöbəsinin melodiyası (Ü.Hacıbəyli). İfaçının sərbəst seçimi əsasında.

     

     

     

    IV sinif

    birsəsli

    ikisəsli

    № 331, 337, 345, 398, 400

    (B.Kalmıkov və G.Fridkin)

    № 77, 82 (B.Kalmıkov və G.Fridkin)

    № 9, 10, 11 (L.Dadaşova)

    № 295, 308, 311, 316, 324 (R.Həsənova)

     

    № 127, 137, 143, 172, 179 (L.Dadaşova)

     

    Azərbaycan xalq məqamlarının səs qatarı, tam kadans və mayə şöbəsinin melodiyası (Ü.Hacıbəyli). İfaçının sərbəst seçimi əsasında.

     

     

     

    V sinif

    birsəsli

    ikisəsli

    № 442, 430, 459, 503, 505

    (B.Kalmıkov və G.Fridkin)

    № 104, 105 (B.Kalmıkov və G.Fridkin)

     

    № 340, 355, 359, 360, 363 (R.Həsənova)

    № 15, 16, 18 (L.Dadaşova)

    № 201, 210, 214, 216, 219 (L. Dadaşova)

     

    Azərbaycan xalq məqamlarının səs qatarı, tam kadans və mayə şöbəsinin melodiyası (Ü.Hacıbəyli). İfaçının sərbəst seçimi əsasında.

     

     

     

    VI sinif

    birsəsli

    ikisəsli

    № 512, 516, 521, 538, 551

    (B.Kalmıkov və G.Fridkin)

    № 158, 164 (B.Kalmıkov və G.Fridkin)

     

    № 371, 372, 375, 384, 397 (R.Həsənova)

    № 24, 25, 26 (L. Dadaşova)

    № 227, 239, 251, 254, 263 (L.Dadaşova)

     

    Azərbaycan xalq məqamlarının səs qatarı, tam kadans və mayə şöbəsinin melodiyası (Ü.Hacıbəyli). İfaçının sərbəst seçimi əsasında.

     

    VII sinif

    birsəsli

    ikisəsli

    № 613, 614, 621, 638, 642

    (B.Kalmıkov və Q.Fridkin)

    № 209, 210 (B.Kalmıkov və Q.Fridkin)

     

    № 413, 416, 425, 434, 482 (R.Həsənova)

    № 29, 32, 35 (L.Dadaşova)

    № 277, 285, 291, 300, 310 (L. Dadaşova)

     

    Azərbaycan xalq məqamlarının səs qatarı, tam kadans və mayə şöbəsinin melodiyası (Ü.Hacıbəyli). İfaçının sərbəst seçimi əsasında.

     

     

     

    VIII sinif

    birsəsli

    ikisəsli

    № 317, 320, 324, 325, 326, 334, 336, 337, 339, 343 (L.Dadaşova)

    № 7, 16 (İ.Sposobin)

     

    № 51, 55, 60, 61, 68, 71, 72, 73, 74, 77

    (N.Laduxin)

    № 36, 41, 44 (L.Dadaşova)

    Azərbaycan xalq məqamlarının səs qatarı,

    tam kadans və mayə şöbəsinin melodiyası

    (Ü.Hacıbəyli). İfaçının sərbəst seçimi əsasında.

     

     

     

     

    IX, X, XI sinif

    birsəsli

    ikisəsli

    № 367, 373, 376, 378, 380, 390, 395, 398, 403, 405 (L.Dadaşova)

    № 58, 59 (İ.Sposobin)

     

    № 80, 81, 85, 91, 92, 96, 103, 104, 108, 112  (N.Laduxin)

    № 45, 46, 57 (L.Dadaşova)

    Azərbaycan xalq məqamlarının səs qatarı, tam kadans və mayə şöbəsinin melodiyası (S.Rüstəmov). İfaçının sərbəst seçimi əsasında.

     

     

    I – IV kurslar

    birsəsli

    ikisəsli

    № 7, 21, 38, 42, 90, 115, 129, 191, 224, 430 (A.Ostrovski, S.Solovyov, V.Şokin)

    № 77, 82, 83, 85, 86, 90, 91, 97, 102, 103 (İ.Sposobin)

    № 78, 80, 81, 91, 92, 100, 103, 122, 126, 130 (N.Laduxin)

     

    Azərbaycan xalq məqamlarının səs qatarı, tam kadans və mayə şöbəsinin melodiyası (S.Rüstəmov). İfaçının sərbəst seçimi əsasında.

     

     

    ƏDƏBİYYAT

     1. T.Seyidov. Üzeyir Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları” (Azərbaycan məqamlarının öyrənilməsinə dair adaptasiya olunmuş dərs vəsaiti). Bakı, “Təhsil”, 2014, 47 s.

    http://musakademiya.musigi-dunya.az/elmi_neshrler/uzeyir_hacibeyli.pdf

     2. S.Rüstəmov Azərbaycan xalq rəngləri. dəftər. Bakı, Az. Döv. Mus. Nəşriyyatı 1954., 62 s.

    https://musicacademy.edu.az/images/noti/rustamov/rustemov_s_rengler_1.pdf

     3. R.Həsənova. Birsəsli solfecio. Bakı, XXI – Yeni Nəşrlər Evi, 2002, 192 s.

    http://www.musicacademy.edu.az/az/kheberler/elanlar/4087-elan-25oktyabr-7noyabr-2025.html

    http://www.musicacademy.edu.az/images/elmi_neshrler/Rahila_Hasanova_solfecio.pdf

     4. L.Dadaşova. Birsəsli solfecio. Bakı, “Təhsil”, 2015, 256 s.

    http://musakademiya.musigi-dunya.az/elmi_neshrler/solfecio_1_4_sinif.pdf

    http://musakademiya.musigi-dunya.az/elmi_neshrler/solfecio_5_7_sinif.pdf

    http://musakademiya.musigi-dunya.az/elmi_neshrler/solfecio_8_11_sinif.pdf

     5. Dadaşova. İkisəsli solfecio. Bakı, “Elm və təhsil”, 2014, 108 s.

    http://www.musicacademy.edu.az/az/kheberler/elanlar/4087-elan-25oktyabr-7noyabr-2025.html

    http://www.musicacademy.edu.az/images/elmi_neshrler/Lala_Dadashova_ikisesli.pdf

     6. Б.Калмыков, Г.Фридкин. I ч., одноголосие. Москва, «Музыка», 1991, 134 с.

        B.Kalmıkov, Q.Fridkin. Solfecio. I hissə. Birsəsli.

    https://dshi-6.ucoz.com/solfedgio/kolmakov_fridki/Solfedzhio_Kalmikov_Fridkin_1.pdf

     7. Б.Калмыков, Г.Фридкин. II ч., двухголосие. Москва, «Музыка», 1970, 130 с.

        B.Kalmıkov, Q.Fridkin. Solfecio. II hissə. İkisəsli.

    https://muz1-ryb.ru/wp-content/uploads/2020/12/kalmykov-fridkin-solfedzhio2.pdf 

     8. И.Способин. I ч., двухголосие. Москва, Гос. Муз. Изд., 1960, 79 с.

        İ.Sposobin. I hissə, ikisəsli.

    http://nakhodka-music.ru/files/sposobin_i_v_sol_fedzhio_ch_1_dvuhgolosie.pdf

     9. Н.Ладухин. Одноголосное сольфеджио. Москва, «Музыка», 1967, 31 с.

        N.Laduxin. Solfecio. Birsəsli solfecio.

    https://shdshi.bash.muzkult.ru/media/2019/02/01/1273404247/Laduxin_N._Odnogolosnoe_sol_fedzhio.pdf

     10. А.Островский, С.Соловьёв, В.Шокин. Сольфеджио. Одноголосие. Москва, «Советский композитор», 1967, 31 с.

          A.Ostrovski, S.Solovyov, V.Şokin. Solfecio, birsəsli.

    http://library.lgaki.info:404/2017/%D0%9E%D1%81%D1%82%D1%80%D0%BE%D0%B2%D1%81%D0%BA%D0%B8%D0%B9_%D0%A1%D0%BE%D0%BB%D1%8C%D1%84%D0%B5%D0%B4%D0%B6%D0%B8%D0%BE.pdf

     

    MÜSABİQƏYƏ TƏQDİM OLUNACAQ

    SƏNƏDLƏR

     1. Müsabiqə iştirakçılarının ərizə-anketi (əlavə).

     2. Doğum haqqında şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin surəti.

     3. İştirakçının təhsil aldığı müəssisənin arayışı.

     4. Foto şəkil.

     “YouTube” saytına yerləşdirilmiş videoyazıların linki (ərizə-anket formasına yerləşdirilməlidir).

     

    Qeydlər:

     – Hər bir iştirakçının sənədləri tək-tək göndərilməli və elektron poçtun mövzu bölməsinə iştirakçının soyadı, ata adı, yaşı və məktəbi qeyd olunmalıdır.

     – Göndərilən sənədlər tam, düzgün, iştirakçının yaşına və müsabiqənin tələblərinə uyğun olmazsa, iştirakçı müsabiqəyə buraxılmayacaq.

     – II mərhələdə iştirak etmək hüququ qazanmış iştirakçılar 50 manat məbləğində ödəniş etməlidirlər.

     

     

    ƏRİZƏ VERMƏNİN QAYDASI

     

    Müsabiqədə iştirak etmək istəyənlər 2025-ci il oktyabrın 25-nə kimi (qeyri iş günlərində sənəd qəbul edilmir) yuxarıda qeyd olunan sənədləri Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərməlidirlər.

     

     

    MÜSABİQƏNİN TARİXİ:

     

    25 – 30 oktyabr (I mərhələ), 3 – 7 noyabr (II mərhələ)

     

    Telefon: (+99412) 493 19 17; (+99412) 598 01 94

     

    E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.