11 iyun 2025-ci il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas Fortepiano” kafedrasının 2025-ci il 10-11 iyun tarixlərində keçirilən dövlət imtahanı uğurla başa çatdı.
BMA-nın Böyük zalında baş tutan buraxılış imtahanında gənc musiqiçilər 4 il ərzində yiyələndikləri bilikləri müvəffəqiyyətlə nümayiş etdirdilər.