12 noyabr 2026-cı il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Bəstəkarlıq” kafedrasında 12 noyabr 2026-cı il tarixində bakalavr və magistr (bütün kurslar) tələbələrinin “İxtisas” fənnindən aralıq imtahanı keçirildi.
İmtahanda “Bəstəkarlıq” kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Ceyhun Allahverdiyev və kafedranın müəllimləri iştirak etmişlər.
İmtahandan dərhal sonra kafedranın iclası keçirilmiş, “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının əsas müddəaları və qarşıya qoyulan vəzifələr müzakirə olunmuşdur.


