• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 avqust2024-cü il

    ATİAHİ Respublika Komitəsində THİK sədrləri ilə görüş keçirilib
    Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev ali təhsil müəssisələrində fəaliyyət göstərən tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri ilə görüş keçirib. Görüş bu ilin  sentyabr ayında Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” İstirahət Mərkəzində keçiriləcək “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda konfransa hazırlıq məqsədi ilə təşkil olunub.
    Gənclər siyasətinin ATİAHİ-nin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edən A.Paşayev bildirib ki, bu istiqamətdə fəaliyyət bundan sonra da davam etdiriləcək, təşkilat gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların sağlam ruhda tərbiyə olunması, müasir düşüncə tərzinə malik layiqli vətəndaşlar kimi yetişməsi ilə bağlı müxtəlif layihələr reallaşdıracaq. O bildirib ki, “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda keçiriləcək konfrans da bu tədbirlərdən biri olacaq.
    Sonra tədbir diskussiya şəklində davam etdirilib, THİK sədrlərinin təklifləri dinlənilib.
    A.Paşayev konfransın yüksək səviyyədə təşkil edilməsi ilə bağlı müvafiq tövsiyələrini verib.