• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    5-7 may 2025-ci il

    Azərbaycan Musiqiçiləri Fujairah Beynəlxalq Ud Forumunda Uğurla Təmsil Olundu

    5-7 may 2025-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Fücəyrə əmirliyində “Bir Ud, Müxtəlif Mədəniyyətlər” şüarı altında keçirilən Fücəyrə Beynəlxalq Ud Forumunun açılışı möhtəşəm konsert proqramı ilə baş tutdu. Forum Fücəyrə Valisinin vəliəhd şahzadəsi, əlahəzrət Şeyx Məhəmməd bin Həməd əl-Şərqinin dəstəyi ilə həyata keçirildi.

    Tədbirin açılış mərasimində 50 beynəlxalq musiqiçidən ibarət orkestrin müxtəlif musiqi janrlarını birləşdirən konsert proqramı təqdim olundu. Forum çərçivəsində fərdi və qrup çıxışları, ustad dərsləri, eləcə də tanınmış ud ifaçılarının iştirakı ilə maraqlı sərgilər təşkil edildi.

    Azərbaycan musiqiçiləri də bu nüfuzlu beynəlxalq tədbirdə fəal iştirak edərək, ölkəmizi layiqincə təmsil etdilər. Bakı Musiqi Akademiyasının prorektoru, Xalq artisti, professor Yeganə Axundova forumda Fəxri qonaq statusunda iştirak etdi.

    İstedadlı musiqiçilər– Rəşad İbrahimov, Təbriz Yusubov, Çinarə Heydərova, Nisbət Sədrayeva, İdris Hüseynov, Vüsal Bayramov və Rafael Əsgərov – yüksək səviyyəli çıxışları ilə tamaşaçıların və münsiflərin rəğbətini qazandılar və forum çərçivəsində mükafatlandırıldılar.

    BMA kollektivi adından musiqiçilərimizi təbrik edir, onlara gələcək yaradıcılıq fəaliyyətlərində yeni uğurlar arzulayırıq!