11 iyun 2025-ci il
11 iyun 2025-ci il tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə "Konstitusiya etnomədəni müxtəlifliyin qarantı kimi" adlı konfrans keçirilmişdir.
Konfrans Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasının 30 illiyinə həsr olunmuşdur.
Konfranda iştirak edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Ənənəvi musiqi və müasir texnologiyalar” kafedrasının professoru Mina Hacıyeva çıxışında Konstitusiya sosial reallığın üstündə qurulmuş və milli mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi əsasında yaradılmasını qeyd etdi.
Tədbirdə Milli Məclis, Dini icma nümayəndələri, qazilər iştirak etmişlər.