• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10 dekabr 2025-ci il

    10 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Nizami Kino Mərkəzində təşkil olunan anım mərasimində Bakı Musiqi Akademiyası adından geniş nümayəndə heyəti iştirak edib.

    Tədbirdə Akademiyanın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, eləcə də müxtəlif ixtisaslardan olan 50 nəfər tələbə iştirak edərək Ulu Öndər Heydər Əliyevin xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

    Mərasim zamanı ümummilli liderin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub, Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətləri vurğulanıb.

    Bakı Musiqi Akademiyası olaraq, Ulu Öndərin Azərbaycan mədəniyyəti və musiqi sənətinin inkişafına göstərdiyi qayğını hər zaman minnətdarlıqla xatırlayırıq.