• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    12 dekabr 2025- ci il

    12 dekabr 2025- ci il tarixində Üzeyir Hacıbəyli adına BMA-nın kiçik zalında  “Tarix nəzəriyyə” fakültəsinin magistr  və  “Fortepiano”  fakültəsinin bakalavr  tələbələrinin təqdimatında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr  olunmuş tədbir keçirilmişdir.

    “Musiqi nəzəriyyəsi” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mehparə Rzayevanın rəhbəri olduğu bu tədbirdə tələbələr ulu öndərin şərəfli ömür yolunu vərəqləyərək,  "Гейдар Алиев и развитие музыкальной культуры Азербайджана", “Heydər Əliyev dövründə milli musiqi kimliyi", "Heydər Əliyev - bəstəkar yaradıcılığında", "Mədəniyyətin Dövlət siyasətinə çevrilməsi: Heydər Əliyevin incəsənət strategiyası" , “Heydər Əliyev və musiqi təhsili” adlı məruzələrlə çıxışlar etmiş və  Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasından “Şəbi hicran" xoru,   Sevda Məmmədli "Laçın balladası", Niyazi "Çitra" baletindən "Adajio", Qara Qarayev "Prelüd", Vəfa Əhmədbəyova“İthaf” silsiləsindən II prelüd , Fəridə Quliyeva-"Prelüdiya" kimi musiqi nömrələrini ifa etmişlər.

    Geniş və əhatəli proqramla çıxış edən tələbələr  : "Belle Voci" kamera xoru. (Bədii rəhbər və dirijor: Ərtoğrul Balayev,  Konsertmeyster: Elçin Məmmədov),  Qumral Zeynalova, Özləm Əliyeva, Nuray Allahverdiyeva, Gülnur Kazımzadə, Rəhimə Əhmədova,  Duyğu Həsənli, Ayşən Əliyeva, Vəfa Əhmədbəyova, Hidayət Sadıqbəyli, Əsmər Hacızadə, Ayşən Uğurluyeva tədbir çərçivəsində bir daha ulu öndərə sevgi və hörmətlərini bildirmiş, ümummilli liderin xalqına, torpağına , mədəniyyətinə olan sevgisindən bəhs etmişlər.

    Tədbirin sonunda  tədris işləri üzrə prorektor, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva, “Tarix nəzəriyyə” fakültəsinin dekanı, sənətşünaslıq üzrə elmlər doktoru,professor Gülzar Mahmudova, “İfaçılıq” fakültəsinin dekanı, Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə, “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Nəsirova,  “Musiqi tarixi” kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru,  professor Zümrüd Dadaşzadə, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnara Dadaşova, “Musiqi nəzəriyyəsi” kafedrasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru, Aytac Rəhimova, dosent Rəhimova Nigar,  sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Dilbər Məmmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, baş müəllim Günel Zeynallı, sənətşünaslıq üzrə fəlsəfə doktoru dosent Ayanda Adilova, dosent Gülnarə Məmmədova tədbir ilə əlaqədar xoş sözlərini bildirdilər və tələbələrə uğurlar dilədilər.

    Tədbirdə Heydər Əliyevin həyat səhifəsini xatırladan videoçarx və “Küçələrə su səpmişəm” xalq mahnısı ulu öndərin ifasında təqdim edildi.