• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 fevral 2026-cı il

    23 fevral 2026-cı il tarixində Midanın Akt zalında Yeni Azərbaycan Partiyası Veteranlar Şurası və YAP Nəsimi rayon təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində tədbir keçirmişdir.

    Tədbirdə YAP Nəsimi Rayon təşkilatının sədri Azər Süleymanov, MİDA rəhbəri Sadiq Sadıqov, 

    Prezident İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov,  

    Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi 

    Şahnaz Bədəlova, həmçinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası üzrə YAP təşkilatının sədri, professor Mina Hacıyeva çıxış etmişlər.

    Mövzu ətrafında maraqlı sual-cavab və müzakirə aparılmışdır.