• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    3 mart 2026-cı il

    3 mart 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova, Xarici tələbələrlə İş üzrə şöbə müdiri

    Röya Hüseynova, beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Rəşad Məmmədov, Günel Eyvazzadə (“Fortepiano, orqan və klavesin” kafedrasının baş müəllimi) iştirakı ilə xarici tələbələrin ənənəvi iclası keçirildi. 

    Qeyd edək ki, iclasda BMA-nın “İfaçılıq” fakültəsinin dekanı, professor Nəzmiyyə Abbaszadə, “Fortepiano” fakültəsinin dekanı, professor Nəzakət Rimazi iştirak etdilər. 

    İclasda  təhsil, tədrislə bağlı aktual mövzular (nizam-intizam, sesssiya ilə bağlı məsələlər, imtahan kəsrləri, nostrifikasiya məsələləri), miqrasiya məsələləri, aprel ayında baş tutacaq hər il mütəmadi olaraq keçirilən hesabat konserti və s. mövzular müzakirə olundu.

    Sonra tələbələrin fikirləri dinlənildi və onları maraqlandıran suallar cavablandırıldı. Həmçinin Xarici tələbələrlə iş üzrə şöbə tərəfindən hazırlanmış sorğu vərəqləri tələbələrə paylanıldı və onlar tərəfindən cavablandırıldı. Sorğuda tələbələrin akademiyada bəyəndikləri və bəyənmədikləri məqamlar, irəli sürdükləri təkliflər, onları narahat edən problemlər, eləcə də ümumi miqrasiya məsələləri ilə bağlı qarşılaşdıqları çətinliklər və digər məsələlər əhatə olunmuşdur.

    Xarici tələbələrlə iş üzrə şöbə daim tələbələrlə sıx əlaqədə olub, keçirilən bu tip iclaslar vasitəsilə xarici tələbələrin problemlərinin həllinə, onlarla  ünsiyyətin gücləndirilməsinə dəstək olur.