30 aprel 2026-cı il
Aprelin 30-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” XXV Beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Konfransın bölmələrindən biri müqtədir alim bə pedaqoq, 1976-1989-cu illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının müdiri kimi çalışmış Aida Tağızadənin (1934-2025) xatirəsinə həsr olunub. Plenar iclasda Zümrüd Dadaşzadə “HOMO MUSICANS (Aida Tağızadənin musiqişünaslıq elminə töhfələri)” mövzusunda məruzə ilə çıxış edib, alimin əsas nailiyyətləri barədə fikirlərimi bölüşüb.BMA konfransda “Musiqi tarixi” kafedrasının daha iki üzvü ilə təmsil olunub. İnna Pazıçeva ustadı Aida Tağızadənin musiqi elmi və təhsilində rolunu işıqlandırıb. Minaxanım Babayeva isə “Türksoylu ölkələrdə musiqi təhsili sisteminin xüsusiyyətləri” mövzusunda məruzəsini təqdim edib.

