• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    12 may 2026-cı il 

    “Əbədiyaşar nəğmələr müəllifi – Qəmbər Hüseynli – 110”  

    “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi tədqiqat laboratoriyasının və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının təşkilatçılığı ilə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının unudulmaz bəstəkarımız Qəmbər Hüseynlinin anadan olmasının 110 illiyinə həsr olunan “Əbədiyaşar nəğmələr müəllifi – Qəmbər Hüseynli”  adlı elmi seminarı keçirilib. 

    Seminarı Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, beynəlxalq və respublika müsabiqələr laureatı Səidə Tağızadə, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan  professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə açaraq, tanınmışbəstəkarımız Qəmbər Hüseynlinin Azərbaycan musiqi mədəniyyətindəki misilsiz xidmətlərindən söhbət açmışlar. Nuridə xanım çıxışında özünün arxivində saxladığı  - atası Cəfər İsmayılzadə, Fikrət Əmirov və dirijor Qəmbər Hüseynlinin şəkili olan nadir fotonu dinləyicilərə təqdim etmişdir. 

    Sonra çıxış üçün söz məruzəçi musiqişünas Səadət Təhmirazqızına verilmişdir. Səadət xanım “Azərbaycan bəstəkarlıq məktəbində Qəmbər Hüseynlinin yeri” və “Qəmbər Hüseynlinin mahnılarında milli ənənələrin təcəssümü” adlı məruzələri ilə bəstəkar Qəmbər Hüseynlinin həyat və yaradıcılıq irsini ətraflı şəkildə tamaşaçılara məlumatlandırmış, bəstəkarlıq məktəbinin parlaq nümayəndəsi kimi Qəmbər Hüseynlinin yerini və rolunu vurğulamışdır.  

    Seminarda Qəmbər Hüseynlinin əsərlərinin not nəşri ilə bağlı Rauf  Hüseynli  -  “Qəmbər Hüseynlinin əsərlərinin yeni nəşri” adlı məruzəsi dinlənilmiş, not nəşrləri-klavirlər Uşaq Filarmoniyasına hədiyyə etmişdir. 

    Eyni zamanda  pedaqogika elmləri doktoru, professor Vidadi Xəlilov “Qəmbər Hüseynli irsi haqqında” məruzəsi çox maraqla qarşılanmışdır. Onu da qeyd etmək yerinə düşər ki, məhz Vidadi müəllim Qəmbər Hüseynli haqqında kitabın müəllifidir. 

    Q.Qarayev adına İncəsənət məktəbinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Hüseynova çıxışında seminarın ərsəyə gəlməsində əməyi olan bütün iştirakçılara öz dərin minnətdarlığını bildirmişdir. 

    Seminarın bədii hissəsində “Şəms” uşaq xorunun ifasında bəstəkarın “Cücələrim”, “Mənim dovşanım”, Q.Qarayev adına İncəsənət məktəbinin şagird və müəllim heyətinin ifasında bəstəkarın mahnıları səslənib. Xüsusilə də Beynəlxalq müsabiqələr və “Qran-Pri” laureatı Mirnofəl Həsənovun (tar) və İncəsənət məktəbinin X sinif şagirdi Təranə Əliyevanın (fortepiano) ifasında “İlk məhəbbət”, Arzu Manaflının Qəmbər Hüseynliyə həsr etdiyi şeiri böyük sevinc və sürəkli alqışlarla qarşılanmışdır.

     Nəsirova-Əhmədova Fidan 

    Ü.Hacıbəyli adına BMA-nın

    elmi tədqiqat laboratoriyasının elmi işçisi