22 iyul 2026-cı il
Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: türk dünyasının mədəni kodları” Beynəlxalq Elmi simpoziumun (25-26 sentyabr, 2025) materialları işıq üzü görüb.
Azərbaycan Mədəniyyət Nazirliyi, AMEA Folklor İnstitutu, Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə keçirilən simpoziumda Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Rusiya və başqa ölkələrdən onlarla tanınmış alim iştirak edib. Materiallar toplusunda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Zümrüd Axundova-Dadaşzadənin “Xeyirxah gülüşün qüvvəsi: operettanın Üzeyir Hacıbəyli modeli” adlı məqaləsi yer alıb.

