• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 sentyabr  2026-cı il

    18 sentyabr 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Humanitar fənlər" kafedrasının iclası keçirildi.

    İclasda kafedra müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyev iclas iştirakçılarını yeni dərs ili və "Musiqi bayramı" münasibətilə təbrik edərək, dahi bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətində tutduğu önəmli yerdən bəhs edərək onun əvəzsiz şəxsiyyət olduğunu qeyd etdi. Sonra "Azərbaycan mədəniyyəti 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının əsas müddəalarından irəli gələn vəzifələr müzakirə olundu. Kafedra müdiri prof. Tərlan Quliyev ilə kafedranın müəllim heyəti 2026-2027-ci tədris ili üzrə iş planını, dərs yüklərini, qarşıdakı tədris ilində müəllimlərin elmi, metodiki fəaliyyətlərinin müzakirəsini keçirtdilər.