19 noyabr 2026-cı il
Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyətə başlayan FD 2.55 Dissertasiya şurasında ilk dissertasiya müdafiələri keçirilib.
Şura 6213.01 – “Musiqi sənəti” və 5801.01 – “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (musiqinin tədrisi metodikası)” ixtisasları üzrə fəaliyyət göstərir.
Şamil İsmayılov sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Muğam sintaksisinə yeni təhlil metodunun tətbiqi məsələləri (Azərbaycan ‘Zabul-Segah’ı və İran ‘Segah’ı instrumental dəstgahları əsasında)” mövzusunda dissertasiyasını müdafiə edib. Eyni elmi dərəcə üzrə iddiaçı Nurbanu Joldasova isə “Qazax və başqırd ənənəvi instrumental küyləri: ümumi xüsusiyyətlər” mövzusunda dissertasiyasını təqdim edib.
Nurbanu Joldasovanın dissertasiyasının rəsmi opponentlərindən biri şuranın üzvü, Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının müdiri, professor Zümrüd Axundova-Dadaşzadə olub.
Hər iki müdafiə uğurla başa çatıb.

